Avstriya Kansleri: Gələn ilin yayınadək pandemiyadan əvvəlki həyatın bərpa olunacağına ümid edirəm
29.08.2020 09:40

Avstriyanın Federal Kansleri Sebastian Kurts avqustun 28-də keçirilən mətbuat konfransında koronavirus pandemiyası ilə bağlı aktual vəziyyət və payız mövsümündə ölkənin ictimai-siyasi həyatında gözlənilən hadisələri şərh edib. Bildirib ki, Avstriyada pandemiyadan əvvəlki normal həyat 2021-ci ilin yayına kimi bərpa oluna bilər. O, ekspertlərin xəbərdarlığının əksinə olaraq, böhranın gözlənildiyindən tez bitəcəyinə ümidini ifadə edib.

Aztibb.az xəbər verir ki, Federal Kansler dünya bazarına çıxarılması gözlənilən virus əleyhinə peyvəndlərin normallaşma prosesinə müsbət təsir edəcəyini də vurğulayıb. Bununla belə, qarşıdakı dövrdə məktəblərin açılması, qapalı məkanlarda insanların toplaşması, hər il təkrarlanan qrip dalğası payızdan başlayaraq daha da diqqətli olmağı tələb edəcək. Buna görə də Avstriya hökuməti gələn həftə mövcud vəziyyəti qiymətləndirərək, növbəti tədbirlər paketini ictimaiyyətə bəyan edəcək.

Bu il ölkə iqtisadiyyatında 7 faiz geriləmə olacağını qeyd edən Federal Kansler gələn ildən etibarən vəziyyətin sabitləşəcəyini bildirib, bunun üçün hökumətin iqtisadiyyatın mühüm sektorlarını dəstəklədiyini, iqtisadi siyasətdə əsas diqqətin iş yerlərinin qorunmasına və aparıcı sənaye şirkətlərinin ölkədə qalmasına yönəldiyini diqqətə çatdırıb.

Avstriyanın müxalifət partiyaları isə hökumət rəhbərinin çıxışını tənqid edərək, bunu vəziyyəti görməzdən gəlmək kimi dəyərləndiriblər. Bildirilib ki, “bərli-bəzəkli” ifadələrlə dolu olan çıxışda iflasa uğrayan şirkətlərin xilası, yeni iş yerlərinin yaradılması, yaşlı əhalinin qorunması və sosial təminatının artırılması üçün konkret plan təqdim olunmayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır