Estoniya koronavirus riski yüksək olan ölkələrə uçuşlara icazə verə bilər
29.08.2020 09:32

Avropada koronavirusa yoluxma hallarının sayının artmasına və əksər ölkələrə uçuşların həyata keçirilməsinə tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, Estoniya hökuməti mühüm tranzit məntəqələrinə uçuşların reallaşması ilə bağlı güzəştə gedə bilər.

Aztibb.az xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat naziri Taavi Aas bildirib.

 

Nazir qeyd edib ki, hökumət bu məsələni müzakirə edəcək və böyük ehtimalla koronavirusa yoluxma göstəricisindən asılı olmayaraq, Avropada müəyyən istiqamətləri açıq saxlamağa qərar verəcək.

“Bu qərar koronavirusa yoluxma göstəricisi çox yüksək olan ölkələrə şamil edilməyəcək. Belə ki, hər hansı bir ölkədə yoluxma halı hər 100 min nəfərə 25-dən az olarsa, Estoniyadan həmin istiqamətlərə getmək mümkün olacaq”, - deyə Nazir Taavi Aas əlavə edib.

T.Aas hökumət qərarınadək konkret ölkələrin adını çəkmək istəmədiyini, lakin iri tranzit qovşağı olan və Estoniyadan daha çox uçuşların həyata keçirildiyi ölkələrin nəzərdə tutulduğunu söyləyib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır