Cabir Gülmalıyev: "Qulaqcıqlararası çəpər qüsurlarının müalicəsi yalnız cərrahi yolla aparılır"
23.09.2021 11:56
ASD tam adı ilə Atrial Septal Defekt (Qulaqcıqlararası dəlik) ürək qulaqcıqları arasında yerləşən və atrial septum deyilen divardakı dəliklərə verilən addır. ASD qüsur anadangəlmə bir ürək qüsurudur. Uşaqlarda doğuşdan sonra bağlanması lazım olan foramenovale adlanan qan daşıyan dəliklər ASD qüsurda bağlanmır.
 
Aztibb.az xəbər verir ki, bu barədə ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat paylaşıb.
 
Cərrah bildirib ki, ASD, yəni qulaqcıqlararası çəpərin qüsuru zamanı sağ qulaqcıqda və ağciyərlərdə təzyiq böyük qan dövranından aşağı olduğundan qan (arterial) soldan sağa atılır. Buna adətən sol-sağ şunt deyilir. Ağciyərlərdə damar sisteminin zədələnməsi nəticəsində təzyiqin artması, sonradan venoz qanın qüsur vasitəsilə sağdan sola atılması ilə sağ-sol şunt baş verir. Nəticədə siyanoz (göyərmələr) meydana gəlir. Əgər qüsurdan keçən qan miqdarı müəyyən həddən çoxdursa defekt bağlanmalıdır. Əks halda bu, gələcəkdə ürək çatışmazlığı kimi fəsadlara səbəb ola bilər.
 
Onun sözlərinə görə, qulaqcıqlararası çəpər qüsurlarının müalicəsi yalnız cərrahi yolla aparılır. Bu zaman çəpərin qüsur hissəsinə tikiş və ya mümkün olmadıqda yamaq (auto - ya kseno perikard vasitəsilə, ya da dakron materialından) qoyulur.
 
- Defektin quruluşu imkan verərsə, dəlik əməliyyatsız yolla (transkateter yolla) bağlanıla bilər.
- ASD günümüzdə minimal invaziv metodla qoltuqaltından 3-4 sm-lik kəsiklə cərrahi olaraq təmir edilir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev