COVID-19-un mövsümü xəstəliklərlə oxşarlıqları
22.09.2021 13:40

Payız fəslinə keçid, havaların getdikcə soyuması mövsümi xəstəliklərin artmasına səbəb olur. Tənəffüs yolu ilə əlaqədar yaranan narahatlıqlar – öskürək, boğaz ağrısı və oxşar problemlərlə üzləşəndə ilk ağla gələn yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma ehtimalıdır. Lakin həmin əlamətlər digər infeksion xəstəliklərlə də əlaqədar ola bilər.

 

Aztibb.az xəbər verir ki, həkim-terapevt Nahid Məhərrəmov deyib: “Yuxarı tənəffüs yollarının iltihab və allergiyası olanlar COVID-19-a yoluxma zamanı qripəbənzər əlamətlərlə üzləşə bilərlər. Qripəbənzər əlamətlər, məsələn, quru öskürək, boğaz ağrısı, ishal, temperatur yüksəlməsi olduqda COVID-dən şübhələnmək olar. Lakin halsızlıq, yorğunluq, təngnəfəslik və temperatur yoxdursa, saturasiya 95-dən yuxarıdırsa, narahatlıq keçirməyə əsas yoxdur”.

 

Qızdırma, öskürək və tənəffüs çətinliyi olanlar mütləq həkimə müraciət etməlidirlər. Lakin immunitetin gücləndirilməsi də vacib məsələdir, bunun ən səmərəli yolu isə düzgün və balanslı qidalanmadır. Payız aylarında C vitamini ilə zəngin qidalara daha çox üstünlük verilməlidir: “Mövsümü xəstəliklərdən qorunmağın ən yaxşı yollarından biri qripə qarşı peyvənd olunmaqdır. Soyuqdəymə və zökəm hallarından qorunmaq üçün isə düzgün qidalanmaq, gündəlik rasiona mövsümə uyğun meyvə və tərəvəzlər daxil etmək və çoxlu maye içmək lazımdır. Gərgin iş rejimindən sonra istirahət etmək də immunitetin artırılmasına səbəb olur”, - deyə həkim-terapevt əlavə edib.

 

Hər gün piyada gəzmək və fiziki fəallıq da immun sistemini gücləndirir. Şəxsi gigiyenaya diqqət yetirmək, maska taxmaq da xəstəliklərdən qoruyan əsas şərtlərdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev