Xroniki yorğunluğu yaradan əsas SƏBƏBLƏR  
20.09.2021 16:01

Çoxsaylı müayinələrə və uzun müddət tətbiq edilən müalicələrə baxmayaraq daimi hiss edilən yorğunluq xroniki yorğunluq sindromu kimi qəbul edilir. Mütəxəssislərin fikrincə, xəstə təxminən 6 ay davamlı yorğunluqdan şikayətlənirsə və şikayətlərin səbəbini heç bir orqan və ya sistem patologiyası ilə izah etmək mümkün deyilsə, bu hal xroniki yorğunluq sindromu adlanır. Xəstəliyin digər adı gərginliyə qarşı dözülməzlik sindromudur. Həmin sindrom xüsusilə rejimsiz həyat tərzi ilə əlaqədar olaraq ortaya çıxır. Lakin bir sıra hallarda xəstə düzgün həyat tərzi keçirsə də, onun xroniki yorğunluğu davam edir və ya bu vəziyyət iş qabiliyyətinə olduqca mənfi təsir göstərir. Belə olan halda, xroniki yorğunluğa hansısa patoloji dəyişikliyin səbəb olduğu aydındır.

 

Aztibb.az xəbər verir ki, endokrinoloq Gülay Məmmədova xroniki yorğunluğun səbəblərindən danışıb.

 

Həkim-endokrinoloq bildirib ki, xroniki yorğunluq müasir həyatın ən böyük problemlərindən biridir: “Xroniki yorğunluğun səbəblərini iki qrupa ayırmaq olar. Bu, həm qeyri-düzgün həyat tərzi ilə əlaqəli ola, həm də müxtəlif xəstəliklərin əlaməti kimi ortaya çıxa bilər. Bir sıra hallarda xroniki yorğunlugun əsas səbəbləri qeyri-sağlam qidalanma, xüsusilə sadə korbohidratlardan çox istifadədir. Bundan başqa, oturaq həyat tərzi, az hərəkətlilik və həddən artıq qəhvə istifadəsi də xəstəliyin başlıca səbəbləri arasındadır. Xroniki yorğunluqdan azad olmaq üçün gecə yuxusuna da diqqət etmək, vaxtında yatmaq və səhər tez oyanmaq lazımdır”.

 

G.Məmmədovanın dediyinə görə, xroniki yorğunluğa səbəb olan xəstəliklərin bir qismi endokrin xəstəliklərdir: “Bunlara ilk olaraq qalxanvari vəzin xəstəliklərini, xüsusilə qalxanvari vəzin funksiyalarının azalmasını aid etmək olar. Həmçinin şəkərli diabet də xroniki yorğunluğu yaradan xəstəliklər arasındadır. Həmçinin böyrəküstü vəzin bəzi xəstəlikləri, mikroelement və vitamin çatışmazlığı da xroniki yorğunluğa səbəb ola bilər. Məsələn dəmir, vitamin B12 və vitamin D çatışmazlığı, qan azlığı xroniki yorğunluq sindromu yaradır. Xəstəliyin klinik gedişində həm əzələ, həm də sinir sistemi komponentləri yer alır. Ona görə də, xroniki yorğunluqdan əziyyət çəkənlər mütləq həkim müayinəsindən keçərək bunun səbəbini aydınlaşdırmalıdırlar. İstənilən halda, müalicəyə düzgün riayət edərək sindromdan azad olmaq mümkündür”.

ÇOX OXUNANLAR
Qaraciyərin düzgün işləməməsinin ƏLAMƏTLƏRİ  
Təbii vasitə 12 həftə ərzində 8 kiloqrama qədər arıqladır
Buğda cücərtisi gənclik iksiri kimi də bilinir
Təcili tibbi yardım briqadasının yardımı ilə 66 yaşlı xəstə Mərkəzi Klinik Xəstəxanaya hospitalizasiya olunub
Şuşa Rayon Mərkəzi Xəstəxanasının ginekoloqu Şəbnəm Baxşəliyeva - Həkimlərimizi tanıyaq!
Uzman həkim Şiraslan Baxşəliyev Gəncə Beynəlxalq Xəstəxanasında pasiyentləri qəbul edəcək
Şahdamara stend taxıla bilərmi?
Masallı Rayon Mərkəzi Xəstəxanasının otorinolarinqoloqu Kamran Musayev - Həkimlərimizi tanıyaq!
Uşaq cərrahı Günel Əmiraslanova Şəkidə Bonum Medicalda pasiyent qəbulu həyata keçirəcək
Qaradağ Tibb Mərkəzində daha bir uğurlu əməliyyat icra olunub
Böyrək daşı xəstəliyi nədir və necə yaranır?
Sürətli döyüntünün tək səbəbi ürək deyil!
Regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!
Ağır vəziyyətdə Respublika Uşaq Klinik Xəstəxanasına yerləşdirilən 2 yaşlı uşaq həyata qaytarılıb