ATU Türkiyənin İstinye Universiteti ilə əməkdaşlıq edəcək  
20.09.2021 14:49
Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli İstinye Universitetinin rektoru, professor Erdal Karaözün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Aztibb.az xəbər verir ki, görüşdə professor Gəray Gəraybəyli Türkiyə-Azərbaycan birliyinin tarixi köklərə malik olduğunu vurğulayıb, ATU-nun beynəlxalq əməkdaşlıq layihələrində Türkiyənin önəmli yer tutduğunu bildirib. Qeyd edib ki, ATU Türkiyənin bir çox universitetləri ilə əməkdaşlıq edir, müxtəlif istiqamətlərdə ortaq layihələr icra olunur. Rektor ikili diplom proqramının icrası, həmçinin tədris proqramındakı dəyişikliklər barədə də qonaqlara məlumat verib.
 
Daha sonra İstinye Universitetinin rektoru, professor Erdal Karaöz çıxış edərək Azərbaycan və Türkiyə qardaşlığının əbədi olduğunu qeyd edib. O, bu birliyin təhsil və tibb sahəsində də yüksələn xətlə davam etdiyini söyləyib. E.Karaöz bildirib ki, İstinye Universiteti 2015-ci ildə “21-ci Yüzyıl Anadolu” Vəqfi tərəfindən yaradılıb. Universitet 9 fakültə, 2 kollec və 3 institutu özündə birləşdirir.
 
Görüşdə iki ölkənin ali təhsil müəssisələri arasında müəllim-tələbə mübadiləsi, elm, tədris və digər sahələr üzrə əməkdaşlıq istiqamətində fikir mübadiləsi aparılıb, perspektivlər müzakirə olunub.
 
Sonda Azərbaycan Tibb Universiteti ilə İstinye Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
 
Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, LIV Hospitalının Azərbaycan üzrə koordinatoru Afaq Əliyeva da iştirak ediblər.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır