Alimlər az karbohidratlı pəhrizi "uzunömürlülərin qidası" hesab edir
18.09.2021 11:56

Amerikalı alimlər bir neçə ildir ki, uzun ömür şansını maksimal dərəcədə artıran qida məhsullarından ibarət kombinasiya axtarışında idilər.

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, alimlərin fikrincə uzun ömür yaşamaq istəyənlər karbohidratlardan daha az istifadə etməlidirlər.

 

ABŞ-ın Bak İnstitutunun tədqiqatçıları qocalma və uzunömürlülük mexanizmlərini araşdırıblar. Məlumdur ki, insanın çox uzun müddət yaşamaq şansı iki faktordan asılıdır. Birincisi genetikadır və bununla bağlı biz heç nə edə bilmərik, axı genlər dəsti bizə valideynlərimizdən keçir, onu dəyişmək mümkün deyil. İkincisi isə, həyat tərzidir, yəni fiziki fəaliyyətin səviyyəsi, stresin göstəricisi və ən əsası qidalanmadır. Amerika Birləşmiş Ştatlarından olan tədqiqatçılar məhz uzunömürlülərin pəhrizini kəşf etməyə nail olublar.

 

Onlar müəyyən ediblər ki, insan aktiv olaraq karbohidratlardan çox istifadə etdikdə, onun orqanizmində yüksək metabolik yüklənmə müşahidə olunur. Karbohidratlı pəhriz artıq çəki, maddələr mübadiləsi problemləri, ürək və damar xəstəlikləri və hipertoniyaya səbəb ola bilər. Bəzi hallarda isə artıq karbohidratlar şişlərə də səbəb ola bilər. Az karbohidratlı pəhriz isə gəncliyin maksimal dərəcədə uzadılması və aktiv uzunömürlülüyü stimullaşdırır.

 

Aktiv uzunömürlülük dedikdə, insanın nisbətən sağlam olduğu qocalıq mərhələsi başa düşülür. Heç kim gəzməyə və özünə qulluq etməyə qadir olmayan çox qoca olmaq istəməzdi. Bir çox insan məhz aktiv və sağlam qocalığı xəyal edir. Tədqiqat ketogen pəhrizin bunun üçün ən uyğun olduğunu göstərib. Pəhriz yağların yüksək tərkibi və karbohidratların aşağı səviyyəsi ilə fərqlənir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev