Pandemiya dövründə fəaliyyət göstərən hotellərdə monitorinq aparılır
28.08.2020 22:48

Nazirlər Kabinetinin 8 avqust 2020-ci il tarixli 287 nömrəli “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə qərarına əsasən, bu qaydaların tələblərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə ölkə üzrə monitorinqlərə start verilib.

 

Avqustun 24-dən etibarən aparılan monitorinqlərdə Dövlət Turizm Agentliyinin nümayəndələri ilə yanaşı, aidiyyəti dövlət qurumlarının və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları da iştirak edir. 

 

Bu məqsədlə artıq Bakıda və regionlarda yerləşən mehmanxanalarda hər bir hotel üzrə məsul şəxs təyin edilib və həmin şəxslərə əvvəlcədən təlimlər keçirilib.

 

COVID-19-la mübarizə çərçivəsində işçilərinin və qonaqların sağlamlığının qorunması məqsədilə hotellərdə monitorinq aparan şəxslər üçün də xüsusi təlimlər təşkil olunub.

 

Bununla yanaşı, işçi heyətin və qonaqların təhlükəsizlik məqsədilə tələb olunan gigiyena və sanitariya tədbirlərinin tətbiq edilməsində yardımçı olmaq  üçün Turizm Könüllüləri Təşkilatının üzvləri monitorinq prosesinə cəlb olunub. Turizm könüllüləri, həmçinin hotellərdə qonaqları riayət etməli olduqları davranış qaydaları, profilaktik və preventiv tədbirlər haqqında məlumatlandıracaqlar. 

 

Qeyd olunan qaydaların tələblərinə riayət edən mehmanxanalar Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən “SAHMAN” – sanitariya və gigiyena nişanı ilə təmin ediləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır