Övladını məktəbə göndərmək istəməyən valideynlərin nəzərinə!  
28.08.2020 22:16

Övladını məktəbə göndərmək istəməyən valideynlər onlayn dərsləri seçə bilərlər.

 

Bu barədə Təhsil naziri Emin Əmrullayev AzTV-də yayımlanan “Hədəf” verilişində deyib:

 

“Əgər məktəbin yerləşdiyi ərazi epidemioloji qurumlar tərəfindən təhlükəli, yaxud nisbətən təhlükəli hesab edilirsə, biz həmin ərazidə şagirdlərin həftədə 2 dəfə, uzun müddətdir yoluxma qeydə alınmayan bölgələrdə isə 3 dəfə dərsə getmələrini planlaşdırırıq. Hər iki tədris planı qüvvədə olacaq.

 

Bundan əlavə, valideynlər əgər verilmiş şəraitdə övladlarını məktəbə göndərməyi riskli hesab edirlərsə, paralel olaraq, sentyabrın 1-dən başlayaraq həm də Dövlət Televiziyasının Mədəniyyət kanalı ilə yayımlanan teledərslərə və onlayn məktəbə qoşula bilərlər. Valideynin seçiminə imkan verilir. Yəni onlar övladını yalnız onlayn tədrislə təmin edə, yaxud məktəbə göndərmək istəyirsə, müvafiq tədris planına uyğun olaraq məktəbə göndərə bilər.  

 

Nazir onu da qeyd edib ki, teledərslər layihəsi çərçivəsində 2100-dən artıq ümumtəhsil sahəsinə dair videolar çəkilib və Təhsil Nazirliyinin müvafiq video portalında yerləşdirilib:

 

“Bu proqramların ən azı mart ayına qədər davam etdirilməsinin tərəfdarıyıq. O mənada ki, artıq bütün bir ilin bizdə video-dərsləri, teledərsləri olacaq. Post-pandemiya dövründə də bu, şagirdlərimiz üçün əvəzsiz tədris materialına çevriləcək. Üstəlik, proses bitdikdən sonra həmin teledərslərin elektron dərsliklərə də inteqrasiya edilməsini düşünürük”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır