Böyrək çatışmazlığının başlanğıc əlamətləri hansılardır? - Nefroloq AÇIQLADI
17.09.2021 10:54
Bu gün dünyada bəzi xroniki xəstəliklər epidemiya şəklində geniş yayılıb. Bu xəstəliklərdən biri də böyrək çatışmazlığıdır. Hər hansı xəstəlik zamanı müalicənin uğuru bu xəstəliyin erkən zamanda təyin edilməsi ilə sıx bağlıdır.
 
Aztibb.az xəbər verir ki, nefroloq Barat Yusubov sosial şəbəkədə böyrək çatışmazlığın başlanğıc əlamətləri barədə məlumat paylaşıb.
 
Həkim bildirib ki, xroniki böyrək xəstəliyi təəssüf ki, irəli mərhələyə qədər hər hansı şikayətlə özünü göstərməyə də bilər. Lakin aşağıda sadalanan əlamətlərdən biri və ya bir neçəsi müşahidə olunursa, həmin insanda böyrək xəstəliyinin olmasından şübhə edilə bilər. Şikayətləri hiss edən şəxs ən qısa zamanda gərəkli müayinələrdən keçməlidir.
 
- Halsızlıq, tez yorulma, enerji itkisi
- Konsentrasiya pozulması
- İştahsızlıq
- Yuxu pozulması
- Gecələr müşahidə olunan əzələ spazmları
- Ayaqlarda şişkinlik, xüsusilə aşağı hissədə
- Gözətrafı şişkinlik, xüsusilə səhərlər 
- Dəridə quruluq və qaşınma
- Gecələr tez-tez sidiyə getmək
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev