Avropa İttifaqı və ÜST-ün əl gigiyenası üzrə keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb
16.09.2021 18:59

Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində tibb fakültələri və kolleclərin tələbələri arasında təşkil edilən əl gigiyenası müsabiqəsi başa çatıb.

 

Aztibb.az xəbər verir ki, sentyabrın 16-da müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

 

Tədbirdə ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı, ÜST-nin Səhiyyə sistemlərinin gücləndirilməsi üzrə texniki mütəxəssisi, professor Halil İbrahim Durak, layihə rəhbəri, mütəxəssis Tural Qulu, həmçinin təlimçi və müsabiqə iştirakçıları iştirak ediblər.

 

ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı belə innovativ müsabiqənin ölkədə ilk dəfədir təşkil edildiyini bildirib. Onun dediyinə görə, müsabiqənin təşkil edilməsində məqsəd təhsil alanların əlyuma və steril əlcəkgeyinmə üzrə bilik və bacarıqlarını artırmaqdır.

 

H.Harmancı, həmçinin qeyd edib ki, iştirakçılar əl gigiyenası müsabiqəsi çərçivəsində “əlyuma və steril əlcəkgeyinmə” üzrə təlim keçiblər: "Bakı şəhəri və bölgələrdəki 19 tibb fakültəsində və kollecində təhsil alan 1418 tələbə müsabiqə çərçivəsində keçirilən təlimdə iştirak edərək post-testdən keçib və onlardan 212 nəfəri müsabiqəyə videosunu təqdim edib. ÜST-nin ekspertlərindən ibarət münsiflər heyəti təqdim olunan videolardan 21-ni qiymətləndirərək onları qalib elan edib. Qeyd edim ki, layihə ölkənin sağlamlıq təhdidlərinin qarşısının alınması, aşkarlanması və onlarla mübarizə qabiliyyətini artırmaq səylərinə dəstək göstərməyə davam edəcək".

 

Məlumata əsasən, qaliblərə notbuklar, planşetlər və müxtəlif tibbi cihazlar da daxil olmaqla hədiyyələr verilib. Bütün qaliblərə sertifikatlar təqdim edilib. Məlumata əsasən, müsabiqənin nəticələri 2021-ci ilin sentyabrında İsveçrənin Cenevrə şəhərində keçirilən İnfeksiyanın qarşısının alınması və nəzarət konfransında təqdim edilib.

 

Əl gigiyenası infeksiyanın qarşısının alınması və nəzarət tədbirlərinin vacib elementidir. Düzgün əl gigiyenası COVID-19 da daxil olmaqla infeksiyaların yayılmasının qarşısını almağa kömək edə bilər, ona görə də bu, pandemiya zamanı xüsusilə vacibdir. Müsabiqə və təlim tələbələrin əlləri düzgün yumaq və dezinfeksiyaedici vasitələrdən istifadə ilə bağlı biliklərini artırmasına, ÜST texnikasından istifadə edərək əlyuma mərhələlərini öyrənməsinə kömək edib.

 

Xatırladaq ki, daha əvvəl Aİ-ÜST layihəsi çərçivəsində səhiyyə işçiləri üçün əl gigiyenası mövzusunda bir sıra vebinarlar təşkil olunub, münaqişənin təsirinə məruz qalmış regionlarda əl gigiyenası ilə bağlı posterlər paylanıb və xəstəxanalarda infeksiyanın qarşısının alınması və nəzarət mövzusunda qiymətləndirmələr aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır