Tibb zəlisinin steril formalarının alınması ilə bağlı uğurlu tədqiqatlar aparılıb - AMEA
16.09.2021 16:25

AMEA Zoologiya İnstitutu tibb zəlisinin steril formalarının alınması ilə bağlı uğurlu tədqiqatlar aparıb.

 

Akademiyadan Aztibb.az-a verilən məlumata görə, Qafqazın şirinsu hövzələrində 23 növ, Azərbaycanda isə 15 növ zəlinin yayıldığı məlumdur. Azərbaycanda ilk dəfə olaraq AMEA Zoologiya İnstitutu tərəfindən zəlilərin H.(Dina) stschegolewi, D. cf.farsa növləri qeydə alınıb. Azərbaycan hirudofaunası üçün ən əhəmiyyətli növ Şərq tibb zəlisi (Hirudo orientalis) hesab olunur.

 

"Azərbaycanda son illərə kimi hirudofauna ilə bağlı ətraflı tədqiqat işləri aparılmayıb. 2018-2020-ci illər ərzində Azərbaycanın 4 zonasında - Quba-Xaçmaz, Masallı-Lənkəran-Astara, Şəki-Zaqatala və Gəncə-Qazax bölgəsində 23 rayonu, 82 su hövzəsini əhatə edən tədqiqat işləri aparılıb və ölkəmizdə tibb zəlisi rast gəlinən ərazilər müəyyənləşdirilib. Tibb zəlisi əsasən cənub zonasında üstünlük təşkil edir”, - məlumatda vurğulanıb.

 

Qeyd olunub ki, AMEA Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzində və Mingəçevir elmi-təcrübə stansiyasında tibb zəlisinin steril formalarının alınması ilə bağlı uğurlu tədqiqat işi aparılıb. Baramalardan çıxmış bala fərdlər təbiətə buraxılıb. Müxtəlif populyasiyalarda Şərq tibb zəlisinin DNT polimorfizmini müəyyənləşdirmək üçün AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tədqiqat işləri aparılmaqdadır.

 

“Apardığımız tədqiqat işinin əsas məqsədi Azərbaycan hirudofaunasını ətraflı öyrənmək, steril növlər əldə edərək hirudoterapiyada istifadə etmək və Şərq tibb zəlisinin DNT polimorfizmini müəyyənləşdirməkdən ibarətdir”, - institutdan bildirilib.

 

Bundan başqa, hirudoterapiya ilə bağlı tədqiqat işləri müqavilə əsasında özəl klinikalardan birində aparılıb və hazırda hirudoterapiyanın əhəmiyyəti ilə bağlı metodik tövsiyə hazırlanmaqdadır.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır