Uzman həkim: "Bu üsulla böyrəkdəki istənilən sərtlikdə olan daşları aradan qaldırmaq mümkündür"
16.09.2021 16:36
Böyrək daşlarının aradan qaldırılmasında cərrahi üsullardan biri perkutan üsuludur. Bu prosedur zamanı bel nahiyəsindən böyrəyə iynə ilə daxil olunur. Sonra böyrək ləyənindəki daşlar parçalanaraq endoskopik yolla çıxarılır.
 
Aztibb.az xəbər verir ki, uzman həkim, uroloq-androloq Araz Bayramov perkutan üsulu barədə məlumat verərkən belə deyib.

Həkim qeyd edib ki, bu cərrahi müdaxilələr çox qısa zamanda gerçəkləşir. Təqribən 35-40 dəqiqə çəkir. Bu üsulla böyrəkdəki istənilən sərtlikdə olan daşları aradan qaldırmaq mümkündür.
 
"Əməliyyatdan sonra böyrək ləyəni tam təmizlənmiş olur və pasiyentlər bir gün sonra evə buraxılır", - deyə həkim əlavə edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev