İndiyədək 1750 hərbi qulluqçuya əlillik təyinatı aparılıb
16.09.2021 11:24

Vətən müharibəsində yaralanmış hərbi qulluqçular aidiyyəti qurumlarla birgə əyani müayinədən keçirilib və artıq 1750 nəfərə əlillik təyinatı aparılıb.

 

Aztibb.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərə tibbi-sosial reabilitasiya xidmətlərinin göstərilməsi sahəsində görülən işlərə dair mətbuat konfransında məlumat verib.

 

Bildirilib ki, dövlət başçısının gostərişi ilə son illər müasir tələblərə uyğun qurulmuş reabilitasiya sistemi qazilərimizin yüksək səviyyədə reabilitasiya xidmətləri ilə təminatında mühüm rol oynayır. Postmüharibə dövründə Agentliyin reabilitasiya müəssisələrində 1500 qaziyə xidmətlər göstərilib. Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanaraq orqanlarını itirmiş vətəndaşlarımızın 2020-ci ilin dekabr ayından yüksək texnologiyalı, elektron protezlərlə təminatı işləri də aparılır. Artıq 141 hərbçi son nəsil protezlə təmin edilib. Yuxarı ətrafları amputasiya olunmuş 29 qazidən də İslandiyanın ÖSSUR şirkətinin Rusiya nümayəndəliyinin mütəxəssisləri il birgə müvafiq ölçülər götürülüb və yaxın günlərdə onların yüksək texnologiyalı protezlərlə təminatı prosesinə başlanılacaq.

 

Postmüharibə dövründə əlavə olaraq 814 müharibə əlilinin 7706 reabilitasiya vasitəsi ilə təmin edildiyini deyən A.Bayramov bildirib ki, Agentliyin tabeliyində olan bütün reabilitasiya müəssisələri əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Bu il isə Qəbələ və Şəmkir rayonlarında da Uşaq Reabilitasiya Mərkəzləri açılacaq. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır