Fil xəstəliyindən əziyyət çəkən xəstə xolesistektomiya əməliyyatı olunub - Mircəlal Kazımi
16.09.2021 09:09
Çəkisi 175,5 kq, boyu isə 165 sm olan, kəskin daşlı xolesistit, öd kisəsinin hidropsu və kəskin ağrı şikayətləri olan, eyni zamanda Fil xəstəliyindən əziyyət çəkən xəstə Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi tərəfindən əməliyyat olunub.
 
Aztibb.az xəbər verir ki, bu barədə M.Kazımi sosial şəbəkədə məlumat verib.
 
Həkim bildirib ki, Fil xəstəliyi və ya elefantiaz digər adı ilə limfa ödem - filarioidea ailəsinə daxil olan qurdlar tərəfindən törədilən parazitar xəstəlikdir. Bu parazit əsasən limfatik sistemi zədəliyir və onların normadan artıq böyüməsinə gətirib çıxarır. Hipertrofiyaya uğramış ayaqlar, əllər, sinə və cinsiyyət orqanları, bu xəstəliyin ümumi simptomlarından sayılır. İnfeksiyanın ən ümumi görülən əlamətləri isə həddindən artıq dərəcədə böyümüş qollar, ayaqlar, genitaliya və sinələrdir. Müxtəlif müalicə üsulları təklif olunsa da, əksər hallarda müalicəsi həyatı boyu davam edir.
 
"Təcrübəli anestezi və reanimasyon komandamızın köməyi ilə xəstədə laparoskopik (qapalı üsulla)  xolesistektomiya əməliyyatını uğurla icra etdik. Artıq xəstə sağlam şəkildə evindədir", - deyə M.Kazımi qeyd edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır