Ürək damarlarında tıxanıqlığın ƏSAS SƏBƏBLƏRİ
15.09.2021 18:33
Ürək damarlarında tıxanıqlıq - damarlarda qanın laxtalanması nəticəsində meydana gəlir. Yaş artdıqca ürək damarlarının divarlarında müxtəlif səbəblərdən elastikliyin itirilməsi ilə tıxanmaya gətirib çıxarır.
 
Aztibb.az xəbər verir ki, ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev bu barədə maarifləndirici məlumat paylaşıb.
 
Ürək damarlarında tıxanıqlığın səbəbləri:
 
- Oturaq həyat;
- Siqaret çəkmə;
- Diabet;
- Ateroskleroz;
- C-Reaktiv protein səviyyəsində yüksəlmə;
- Sağlam qidalanmamaq;
- Düzgün saxlanılmayan pəhriz;
- Hipertoniya;
- Ailə anemnezində damar tıxanıqlığı olması.
 
Həkimin sözlərinə görə, tıxanıqlığının əlamətləri onun dərəcəsindən asılı olaraq hər kəsdə fərqlidir. Bəzən heç bir əlamət özünü göstərməyə də bilər:
 
"İlkin simptom döş sümüyünün arxasında yaranan ağrıdır. Ağrı hər iki qola, kürəyə, əllərə yayıla bilər. Əgər aktiv hərəkət zamanı təngnəfəslik də olursa, artıq ürək damar tıxanmasından şübhələnmək olar. Bəzən mədə nahiyyəsində olan ağrını da ürəklə əlaqəli ağrı kimi qiymətləndirmək mümkündür.
 
Heç bir şikayəti olmayan pasiyentin yanlız müayinə zamanı damar tıxanıqlığı olduğu aşkar olunur. Bu səbəbdən də hər kəs, xüsusən kişilər ildə 1-2 dəfə ürək müayinəsindən keçib, vaxtında damarların vəziyyətini yoxlatmalıdırlar".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev