Azərbaycan tibb elminə ağır itki üz verib
28.08.2020 17:16

Avqustun 26-da Əməkdar elm xadimi, “Şöhrət” ordeni laureatı, Azərbaycan Tibb Universitetinin (ATU) II Mamalıq və ginekologiya şöbəsinin əməkdaşı, tibb elmləri doktoru, professor Naziya Şəmsəddinskaya ömrünün 94-cü ilində vəfat edib.

 

Respublikamızda elmin inkişafına mühüm töhfələr vermiş N.Şəmsəddinskaya 30 ildən artıq müddətdə ATU-nun Mamalıq və ginekologiya kafedrasına rəhbərlik edib. Çoxşaxəli fəaliyyəti ilə o, tibbin müxtəlif sahələrinin yeni biliklərlə zənginləşməsində mühüm rol oynayıb. Alim 200-dən çox elmi tədqiqatın, eləcə də bir sıra monoqrafiyaların müəllifi olub.

 

Yüksəkixtisaslı tibbi kadrların və gənc alimlərin yetişdirilməsində böyük xidmətləri olan N.Şəmsəddinskayanın rəhbərliyi ilə 40 elmlər namizədi, 3 elmləri doktoru hazırlayıb. Çoxsaylı beynəlxalq konqreslərdə iştirak edən professor fəaliyyəti boyunca Azərbaycan elmini xarici ölkələrdə layiqincə təmsil edib.

 

N.Şəmsəddinskaya on illərlə Azərbaycan və rus dillərində mühazirələr söyləyib, Ş.M.Ələsgərova adına 5 saylı kliniki doğum evinin, 1 və 5 saylı qadın məsləhətxanasının konsultantı olub, xəstələrə yüksəkixtisaslı cərrahi və təcili yardım xidmətləri göstərib.

 

Elmi, pedaqoji və əkim fəaliyyəti ilə yanaşı, Naziya Şəmsəddinskaya ictimai fəaliyyətlə də məşğul olub. O, Səhiyyə Nazirliyinin Attestasiya komissiyasının üzvü, həmçinin Respublika Mama-ginekoloqların Elmi Cəmiyyətinin idarə heyətinin sədr müavini olub.

 

Alimin Azərbaycanda tibb elminin inkişafındakı xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, bir çox mükafatlara, eləcə də "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb, "Şöhrət" ordeni ilə təltif edilib.


İstedadlı həkim Naziya Şəmsəddinskayanın xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

 

Allah rəhmət eləsin!

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır