Şəkər xəstələri üçün mükəmməl RESEPT
14.09.2021 15:12
Şəkərli diabetdən əziyyət çəkən xəstələr üçün nəzərdə tutulan bu resept insulin ifrazını artırır, qanda şəkərin miqdarını azaldır, pozulmuş qan dövranını bərpa edir, damarların mənfəzini açır, yüksəlmiş xolesterin miqdarını aşağı salır, çox güclü antioksidant təsiri olduğundan şiş xəstəliklərinin müalicə və profilaktikasında əvəzolunmaz hesab olunur.
Aztibb.az xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov sosial şəbəkədə bu barədə məlumat paylaşıb.
O, qeyd edib ki, tərkibi kalsiumla zəngin olduğundan qadınlarda klimakterik dövrdə və sümük əriməsi – osteoporozda çox faydalıdır. Tam təbii vitamin və mineral qaynağı olmaqla yanaşı qan durulaşdırıcı təsiri vardır. Bağırsaqlarda qazların əmələ gəlməsini azaldır və köpün qarşısını alır. Bir sözlə, nəinki şəkər xəstələri, hətta sağlam insanlar üçün də çox faydalıdır.
Şəkər xəstələri üçün resept:
Zeytun meyvəsi – 300 qram
Zeytun yarpağı – 200 qram
Alma – 3 kq
Qaragilə meyvəsi – 100 qram
Güldəfnə toxumu – 100 qram
Çörəkotu toxumu – 100 qram
Naxçıvan duzu – 2 çay qaşığı
Bal – 4 xörək qaşığı
Alma sirkəsi – 0.5 litr
Su – 3 litr
Əvvəlcə yaşıl zeytun meyvələri yuyulur, kəlbətinlə tumları içində qalmaq şərtilə sındırılır, sonra zeytun yarpaqları xırdalanır, bütün toxumlar qəhvəüyüdəndə üyüdülür, alma qabıqlı vəziyyətdə sürtgəcdən keçirilir, su, sirkə, duz və bal əlavə olunur. Alınan qarışıq şüşə bir qaba tökülür, ağzı tənziflə bağlanır, otaq temperaturunda tam sirkə halını alana qədər, təxminən 2 aya yaxın saxlanılır.
Sirkə hazır olandan sonra süzülür, gündə 3 dəfə 1 xörək qaşığı 1 stəkan suya əlavə edərək yeməkdən əvvəl içilir. Mədə problemləri olanlar gündə 3 dəfə yeməkdən 2 saat sonra 1 çay qaşığı 1 stəkan suya qarışdırıb içə bilərlər. Sirkəni yeməklərə, salatlara, meyvə şirələrinə də qarışdırıb istifadə etmək olar.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

