Ürək sağlamlığını qorumaq üçün necə qidalanmalıyıq? - İnvaziv-kardioloqdan VACİB məsləhətlər
28.08.2020 15:01

Mərkəzi Gömrük Hospitalının invaziv-kardioloqu Samir Mustafayev “Facebook” sosial şəbəkəsində “Həkim məsləhəti” rubrikasında ürək sağlamlığının qorunmasında qidalanma tərzinin rolu barədə mühüm tövsiyələr verib.

 

Kardioloq bildirib ki, düzgün qidalanma ürəyin sağlam olmasında çox vacib rol oynayır. Ürək üçün faydalı olan dərmanlardan əlavə, digər yanaşmalar da var ki, buraya idman və pəhriz daxildir:

 

“Həftədə minimum 150 dəqiqə sürətli templə gəzmək kifayətdir. Həftədə 75 dəqiqə, yaxud da 5 gün ərzində 30 dəqiqə idmanla məşğul olmaq və bunu həyat tərzinə çevirmək lazımdır. Ürək-damar xəstələri əsasən meyvə və tərəvəzlərə üstünlük verməli, qırmızı əti mümkün qədər azaltmalıdır”.

 

S.Mustafayev iki qidalanma tərzini xüsusilə vurğulayaraq qeyd edib ki, ilk növbədə, duzun miqdarını azaltmaq lazımdır. Çünki duz təzyiqin yüksəlməsinə yol açır, bu isə ürək çatışmazlığına, infarkta və qəfil ölümə səbəb ola bilər. Duzdan nə qədər az istifadə olunsa, ürək bir o qədər sağlam işləyəcək.

 

Digər vacib məqam isə yağsız yeməklərdir. İnsanlar əsasən yağlı və qızartma yeməklərdən uzaq durmalıdır. Yağlı yeməklər damar divarlarında yağ lövhələrinin meydana gəlməsinə səbəb olur ki, bu da gələcəkdə infarkt və insultun yaranma riskini artırır. Qırmızı ət və ya digər qidalar yeyərkən, qızartmaq əvəzinə qaynatmaq və ya sobada bişirmək məsləhət görülür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib