COVID-19-un ümumi əlamətləri “mu” ştamında da özünü göstərir
14.09.2021 11:55

Yeni növ koronavirusun (COVID-19) “mu” ştamı ilə əlaqədar məlumatlar yeni olsa da, əslində həmin variant yeni deyil. İlk dəfə yanvar ayında müşahidə olunub. Hazırda dünyada təxminən hər 5 ölkədən birində rast gəlinir. Bütün dünyada yoluxmaların 0,1 faizdən də azı həmin ştamın payına düşür. Ümumdünya Səhiyyə Təşkilatını, dünyanın səhiyyə qurumlarını mövcud peyvəndlərin həmin ştama qarşı necə təsir göstərdiyi maraqlandırsa da, bu barədə hələlik ətraflı məlumat yoxdur. Ştamın yayılma tezliyi aşağıdır və dünyanın əksər ölkələrində aşkarlanmayıb. Bundan başqa virusun spesifik simptomları və ya əlamətləri haqqında dəqiq məlumat yoxdur. Sadəcə olaraq yayılmada bir intensivlik başlayıb.

 

Aztibb.az xəbər verir ki, bunu Almaniyada fəaliyyət göstərən azərbaycanlı həkim Ümüd Səlimzadə deyib.

 

Həkim bildirib ki, COVID-19-un ümumi əlamətləri “mu” ştamında da özünü göstərir: “Delta” ştamında daha çox boğaz, baş ağrısı və ya qripəbənzər əlamətlər müşahidə olunurdusa, “mu” ştamında spesifik əlamətlər hələlik müşahidə edilmir. Bu, daha çox yayılma sayının azlığı ilə əlaqədardır".

 

Mütəxəssisin sözlərinə görə, sentyabrın axırlarından etibarən təhsil ocaqlarının açılması və tədrisin ənənəvi formada aparılması böyük uğurdur: "Bu, onu göstərir ki, pandemiyada müəyyən bir məsafə qət edilib və tədris prosesini bərpa etmək olar. Təhsil işçilərinin 80 faizi peyvənd edilməsi də çox yaxşı haldır. Lakin məktəblilər peyvənd olunmayıblar və onların dərs zamanı maska taxması məcburi deyil. Pandemiya davam edən müddətdə 10 yaşından yuxarı olan məktəblilərin maska taxması məsləhətdir. Onların valideynlərinin də peyvəndlənməsi çox yaxşı olardı. Almaniyada 10 yaşından yuxarı uşaqların maska taxması məcburidir. Bunun üstünlüyü ondan ibarətdir ki, sinifdə yoluxan olduqda digərləri maska vasitəsilə yoluxmadan qoruna bilər. Məktəblərdə maska istifadəsi daha sığortalı bir təhsillə nəticələnər".

 

Ü.Səlimzadə yeni növ koronavirus əleyhinə vaksinasiya məsələsinə də toxunaraq qeyd edib ki, əslində peyvəndlənmə bir həmrəylik prinsipi əsasında qurulur: "Əhalinin müəyyən bir hissəsi - 70-80 faizi peyvəndlənirsə, bu zaman pandemiya endemiyaya çevrilir və yeni mutasiyaların əmələ gəlməsinin qarşısı alınır. Əhalinin 20-30 faizi vaksinasiyadan keçə bilmirsə, yeni mutasiyaların yaranmasının qarşısı alındığından peyvənd edilənlər yüngül formalara yoluxur və səhiyyənin gücü, xəstəxanalarda boş çarpayılar qaldığına, yoluxanlara vaxtında və keyfiyyətli tibbi xidmət təşkil olunduğuna görə onları vəziyyətdən çıxarmaq mümkün olur. Lakin peyvənd olunmadan xəstəlikdən qorumağın mümkünlüyünü demək çətindir. Həmin vətəndaşlar bütün qoruyucu tədbirlərdən istifadə etməklə peyvəndsiz yaşamağa davam edirlər".

 

Mütəxəssis koronavirusa yoluxanların hansı hallarda kompüter tomoqrafiyasına müraciət etməli olduğundan da bəhs edib: "Xəstədə ağciyər əlamətləri ortaya çıxarsa, yəni öskürək və üç dörd gün davam edən, enməyən 37,5 dərəcədən yuxarı temperatur müşahidə edilərsə, onda həkim göstərişi ilə kompüter tomoqrafiya müayinəsindən keçmək olar. Bəzən üç-dörd gündən sonra əlamətlər gedir, lakin kompüter tomoqrafiyasının nəticəsi olan radioloji şüalanma bəzən 6 ay ərzində orqanizmdən çıxmır. Ona görə də buna diqqət yetirmək lazımdır".

 

Həkim hazırda dünyada mövcud peyvəndlərdən əlavə, 400-ə yaxın vaksin araşdırması və koronavirus əleyhinə bir neçə dərman axtarışı üzərində iş getdiyini də diqqətə çatdırıb.

 

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Anestezioloq-reanimatoloq Emil Muradov -
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar