Ayaq əyriliyinin hansı növləri var? - Həkim-osteopat
14.09.2021 11:40
Ayaq əyriliyi həqiqi və yalançı ola bilər. Həqiqi əyrilik qamış sümüyünün deformasiyası ilə bağlı aşağı ətrafların quruluş xüsusiyyəti sayılır, onun 2 variantı ayırd edilir: valqus («X»-şəkilli) və varus («О»-şəkilli).
 
Aztibb.az xəbər verir ki, tanınmış reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat Pərvin Əkbərov bu barədə məlumat paylaşıb.
 
Həkimin sözlərinə görə, valqus əyriliyində ayaqlar «X»-hərfini xatırladır. Baldırların xaricə doğru cüzi əyilməsi norma sayılır və kişilərdə 5-7°, qadınlarda isə 10° təşkil edir. Ayaqların «X»-şəkilli formasında əyriliyin xarici bucağı normadan artıq olur, diz oynaqlarının birləşdirilməsi zamanı topuqların həddindən artıq aralanması müşahidə edilir:
 
"Varus əyriliyində ayaqlar «О» hərfinin konturlarını əmələ gətirir. Bu tip diz əyriliyi topuqdan başlayaraq, aralığa qədər daxili konturun pozulması ilə özünü büruzə verir. Varus əyriliyinin 2 forması vardır: önə açılan bucaq və zirvə əyriliyinin arxaya yönəlməsi ilə rekurvasiya edən ayaqlar; arxaya açılan bucaq və zirvə əyriliyinin önə istiqamətlənməsi ilə kifozlaşan ayaqlar.
 
Dizlərin həqiqi əyriliyi yerimə funksiyası və pəncənin vəziyyətinə əhəmiyyətli dərəcədə təsir edir. Varus əyriliyi pəncənin valqus deformasiyası və ikincili yastıpəncəliyin inkişafına gətirib çıxarır. Ayaqların valqus əyriliyində yastipəncəliyə daha çox rast gəlinir".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev