Səyahət zamanı COVID-19-dan qorunmaq üçün nələri bilməliyik? - TÖVSİYƏLƏR
14.09.2021 11:14
Artıq il yarımdır ki, bütün dünya əhalisi pandemiya dövrünün tələblərinə uyğun həyat tərzi keçirir. Lakin karantin rejiminin sərt qaydaları yumşaldıldıqca, insanların səyahətlərə çıxmaq arzuları gerçəkləşməyə başlayır. Bəs hara gedək, necə gedək ki, həm gözəl məkanları görək, həm də təhlükəli xəstəliklərdən özümüzü qorumuş olaq? Necə edək ki, COVID-19 bizim marşrutumuza təsir etməsin?
Aztibb.az xəbər verir ki, “Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının baş həkimin müavini Bəxtiyar Musayev “Səyahətlər zamanı COVID-19-dan qorunmaq üçün nələri bilməliyik?” sualını cavablandırarkən belə deyib.
Həkim bildirib ki, pandemiya dövründə səyahətlər əvvəlki dövrlərə nisbətən daha ətraflı və ehtiyatlı yanaşma tələb edir. Burada əsas məqsəd qarşılaşdığımız təhlükələri, riskləri minimuma endirməkdir. Bunun üçün bəzi məqamları nəzərə almaq vacibdir. Əvvəla, gedəcəyiniz ölkədə COVID-19-un yayılma dinamikası ilə tanış olmaq lazımdır. İkincisi, səyahətə çıxmağı planlaşdırdığınız dostlarınızın və qohumlarınızın peyvənd olunub-olmaması ilə maraqlanmalı, onların risk qrupuna daxil olmadığına əmin olmalısınız.
Üçüncüsü, səyahətin hansı nəqliyyat vasitəsi ilə həyata keçiriləcəyi barədə qərar verərkən bütün gigiyena qaydalarına riayət etməniz mütləqdir.
Əgər səyahətə avtomobillə çıxırsınızsa, deməli, yol yoldaşlarınız ən yaxın adamlardır. Bunlar ailə üzvləri, dostlar, qohumlar ola bilər. Hələlik, avtomobillə səyahət digər nəqliyyat vasitələrindən daha təhlükəsiz marşrutdur. Avtomobillə səyahətə çıxarkən mikroblardan qorunmağın ən yaxşı yolu maşının salonunun təmizlənməsi və dezinfeksiyasıdır. Maşında mütləq antibakterial salfetlər və əllər üçün dezinfeksiyaedici vasitələr saxlayın. Belə ki, hər dayanacaqda sabunla su və dezinfektant olmur. Yol boyu maşının pəncərələrini açıq saxlayın ki, təmiz hava ilə nəfəs alasınız. Hava həddən artıq istidirsə, kondisionerdən istifadə edin.
Təyyarə ilə səyahətə başlayarkən qeydiyyat terminallarından tutmuş təyyarənin salonuna qədər bütün gigiyenik qaydalara riayət etməniz mütləqdir. Bu yerlərdə də tibbi maska, dezinfektantdan istifadə və sosial məsafənin saxlanması vacibdir. Hazırda bir çox aviaşirkətlərin təyyarələrində tibbi maskalar və antibakterial salfetlər paylanır.
Təyyarədə avtomobilə nisbətən daha çox insanın cəmləşdiyini nəzərə alaraq, burada daha ehtiyatlı olmaq lazımdır. Çünki, siz əvvəlcədən kimin yanında əyləşəcəyinizi heç vaxt bilmirsiniz. Piyada səyahətlər zamanı isə təhlükəsizliyiniz yol yoldaşlarından çox asılıdır. Əgər yanınızda yoluxma riskinə daha çox məruz qalan insanlar varsa, siz həm özünüzü, həm də onları təhlükədən qorumağa çalışmalısınız. Burada da virusdan qorunmağın qızıl qaydaları öndədir.
Ümumiyyətlə, nəqliyyat vasitəsindən asılı olmayaraq, hansı ölkəyə səyahət edirsinizsə, daha çox təbiət qoynunda olmağa çalışın. Müasir hotellər kirayəyə götürəcəyiniz evlərdən daha etibarlıdır, belə ki, vaxtı-vaxtında dezinfeksiya olunur. Bağlı məkanlara getməyə çox da cəhd etməyin. Koronavirus təhlükəsi qaldıqca, həyat tərzinizi də ona uyğun dəyişin və reallıqla barışın – bu, müvəqqəti çətinlikdir və bəşəriyyət ona tezliklə qalib gələcək.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

