Lənkəran Rayon Mərkəzi Xəstəxanasında Beynəlxalq Təlim Mərkəzi yaradılıb
14.09.2021 10:02
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında mart ayından başlayaraq Beynəlxalq Təlim Mərkəzi yaradılıb.
 
Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzin təlimçisi Könül Xudadatova məlumat verib.
 
Təlim Mərkəzinin İcbari Tibbi Sığorta Agentliyinin təşkilatçılığı, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və UNICEF-in maliyyə dəstyi ilə yaradıldığını bildirən K.Xudadatovanın sözlərinə görə, indiyədək tibbi personalın iştirakı ilə 10 adda (Riskin kamunikasiyası, İnfeksiyon profilaktika və nəzarət tədbirləri, Təmasların izlənməsi, Triaj diaqnostika xəstələrinin evdə idarə olunması, Təkmil həyat dərsləri və s.) fərqli təlim kursları həyata keçirilib. Kurslar İcbari Tibbi Sığorta Agentliyinin Lənkəran Filialının inzibati ərazi vahidlərini əhatə edir.
 
Hazırda mərkəzdə Təməl Həyat Dəstəyi (Basic Life Support - BLS) təlimlərinə start verilib. Kurslar qrup şəklində 2 gün davam edir. Təlimləri müvəfəqiyyətlə bitirən 220 tibb işçisinə beynəlxalq sertifikatlar təqdim olunub.
 
Növbəti təlimlərin vaksinasiya ilə bağlı olacağı planlaşdırılır.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır