"Dənizdən gələn iy yüksək dozada zəhərdir" - Tanınmış həkim-reanimatoloq
13.09.2021 17:11
Əksər insanlar hələ də  düşünürlər ki, dəniz havası faydalıdır. Dənizdən gələn iy lax yumurta qoxusuna bənzəyən hidrogen sulfid qazının iyidir.  Bu qaz əslində yüksək dozada güclü zəhərdir, öldürücü qazdır. Dəniz havasında olan dozası isə sadəcə başağrı yaradır, gözləri qıcıqlandırır, burunu sulandırır, yuxululuq yaradır və s.
 
Aztibb.az xəbər verir ki, tanınmış həkim-reanimatoloq Şahin Məmmədov  bu barədə məlumat verib.
 
Hidrogen sulfid qazı dənizdə yaşayan fitoplankton və dəniz yosunlarının bakteriyaları yeməsindən sonra buraxdığı qazlardır. Məişətdə bu qazın iyi kanalizasiyalardan da gəlir.
 
Dəniz havasında yod məsələsinə gəlincə yoda olan gündəlik tələbat əsasən yeməklərlə ödənilir. Dəniz havasındakı yod gündəlik tələbat üçün olduqca azdır. Oksigenli - yaşıllıq olan ərazidə gəzmək daha məqsədəuyğundur.
 
Dəniz qırağı sakitlik baxımından bəzi insanlara rahatlıq verə bilər. Lakin dəniz havasının nəmliyi və hidrogen sulfid xeyirli deyil, əksinə zərərlidir. Üstəlik, bir sira ağciyər xəstəliklərinin - ən çox bronxial astma, allergik rinit, allergik bronxiti və s. kəskinləşdirə bilər.
 
Dəniz qırağında, dəniz iyi hiss ediləcək qədər yaxınlıqda yaşayan insanlar bu qazın uzunmüddətli mənfi təsirinə məruz qalır.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev