Hamilə qadınlara antenatal qulluq xidmətləri ödənişsiz göstərilir
13.09.2021 09:32

Hamilə qadınlara antenatal qulluq (doğuşaqədər nəzarət) ailə həkimləri tərəfindən həyata keçirilir. Ailə həkimi ilkin səhiyyə xidməti səviyyəsində icra edilməyən tibbi xidmətə göstəriş verilməsini gərəkli hesab etdiyi hallarda lazım olan xidmətlərin icrası üçün göndəriş vərəqəsi verə bilər.

 

Bu barədə Aztibb.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

 

Məlumatda bildirilib ki, belə olan halda, hamilə qadına göndəriş əsasında digər ambulator xidmətlər göstərilir.