"Ayaq üstə" infarkt keçirmək necə baş verir? - Diqqət!
11.09.2021 11:33
Bəzən "ayaq üstə", "xəbərsiz" infarkt keçirənlər haqqında eşidirik. Bu, reallıqdır.
 
Aztibb.az xəbər verir ki, ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev bu barədə maarifləndirici məlumat paylaşıb.
 
Həkim bildirib ki, sinənin orta nahiyəsi, çiyinlər və qollara vuran ağrı, təzyiq hissi, daha öncə yaşanmamış narahatlıq, qarışqa yerimə hissi - infarktın əlamətləri ola bilər. Bu, bəzən ağrı, bəzən çırpıntı şəklində ola bilər. Lakin əsl təhlükə bu vəziyyətin səssiz və əlamətsiz irəliləməsidir. Heç bir əlamət vermədən ölümə belə gətirib çıxara bilər.
 
Aparılan tədqiqatların nəticəsi olaraq kəskin ürək tutmalarının az qala yarısının (45%-i) sakit və ya hiss edilməyən "Sakit infarkt" (SMİ) olaraq meydana gəldiyi məlum olmuşdur.
 
"Sakit infarktın əlamətləri o qədər zəif və qısamüddətli ola bilir ki, onu adi diskomfort və ya daha az təhlükəli digər problemlə qarışıq salırlar. Bu səbəbdən mütəmadi olaraq ürək müayinələrindən keçmək lazımdır", - deyə həkim əlavə edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev