İmmuniteti gücləndirən OTLAR
10.09.2021 23:04

Güclü immun sistemi insanı istənilən virus və mikrobdan müdafiə edə bilir. Lakin bunun üçün immuniteti daim yüksək səviyyədə saxlamaq lazımdır.

 

Sağlam qidalanma, yaxşı yuxu, fiziki aktivlik, stresə davamlılıq – immuniteti yüksək səviyyədə saxlamağa yardım edən əsas amillərdir.

 

Xalq təbabətində də immun sistemini gücləndirmək üçün müxtəlif vasitələr mövcuddur.
 

İmmuniteti stimullaşdıran otlar:

 

1. Exinaseya bitkisi immun sisteminin hüceyrələri olan faqositlərin aktivliyini artırır. Faqositlər orqanizmə düşən mikrob və digər yad hissəcikləri “udur” və zərərsizləşdirir. Exinaseya stafilokokk, streptokokk, qripp və herpesə qarşı təsirlidir.

 

2. Çəhrayı rodiola təbii immunostimulyatordur, orqanizmi soyuqdəymə xəstəliklərinə qarşı daha davamlı edir. Yüksək təzyiqdən əziyyət çəkənlər bu bitkidən istifadə etməməlidir – rodiola təzyiqi qaldırır.

 

3. Qoz yarpaqları orqanizmi yaxşı tonuslaşdırır, möhkəmləndirir, iltihabları azaldır.

 

4. Reyhan da immun sistemini möhkəmləndirmək xüsusiyyətinə malikdir.

 

5. Aloe orqanizmə yaxşı stimullaşdırıcı təsir edir, maddələr mübadiləsini sürətləndirir, orqanizmə antibakterial və iltihab əleyhinə təsir edir.

 

Bu otları dəmləmələr şəklində istifadə etmək olar. Həmçinin apteklərdə exinaseya, rodiola, aloe əsasında çoxlu sayda preparatlar – həblər, tinkturalar və s. satılır.  

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev