Allergiyanın kəskin dövründə müalicə alanlar COVID-19 əleyhinə peyvənd oluna bilərlər - Həkim
10.09.2021 15:53

Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə istifadə edilən peyvəndlərə qarşı əks-göstəriş sertifikatı almaq istəyənlər xəstəlikləri barədə əsaslı sənədləri (həkim rəyi, aparılmış müayinələrin nəticələri) müvafiq komissiyaya təqdim etməlidirlər. Mütəxəssislər həmin göstəriciləri yoxladıqdan sonra sənədin əsaslı olub-olmadığına qərar verirlər. Əgər müraciət edən xəstəliyin kəskin dövrünü yaşayır və xəstəlik tez-tez təkrarlanırsa həmin xəstələr üçün peyvənd əks-göstərişdir. Bu halda, həmin xəstələrin sənədləri poliklinika daxili nəzarət komissiyasından Xüsusi Komissiyaya göndərilir.

 

Aztibb.az xəbər verir ki, bu barədə 19 saylı Şəhər Poliklinikası baş həkimi Aytən Qurbanova məlumat verib.

 

Baş həkim bildirib ki, allergiyanın kəskin dövründə olan xəstələr 2-4 həftə arası müalicə aldıqdan sonra peyvənd oluna bilirlər: “COVID-19 əleyhinə peyvəndin hər hansı komponentinə qarşı reaksiyası olanlar təsdiqləyici sənəd təqdim etməlidirlər. Sənəddə peyvəndin birinci dozasını qəbul etdikdən sonra xəstədə yaranmış anaflaktik şok, kəskin allergik reaksiyalar təsdiqini tapmalıdır. Belə olan halda, həkim-nəzarət komissiyası həmin xəstələrin sənədlərini qəbul edir. Əsaslı olduğu halda müraciət edənə vaksinasiyaya qarşı əks-göstəriş sertifikatı təqdim edilir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev