Dializin hansı növləri var? - Həkim-nefroloq
10.09.2021 11:45

Böyrəklərin funksiyası tamamilə dayandığı zaman müalicə metodu olaraq edilən seçim dializdir.

 

Aztibb.az xəbər verir ki, bunu həkim-nefroloq Barat Yusubov deyib. 

 

Dializ və onun metodları haqqında

Həkim bildirib ki, böyrəklərin funksiyası tamamilə dayandığı zaman həyata davam etmək üçün böyrək çatışmazlığından əziyyət çəkən xəstələrə "dializ" və "böyrək nəqli" (transplantasiyası) seçimləri verilir. Dializ metodları çətin və sosial həyatda bir sıra problemlər yaratmasına baxmayaraq, böyrək çatışmazlığından əziyyət çəkənlərin uzun müddət sağ qalmasına səbəb olur. Orqan transplantasiyası daha üstün müalicə metodu sayılsa da, orqan müqaviməti ölkəmizdə problem olduğu üçün pasiyentlər dializ metoduna üz tutmalı olurlar.

Qandan zərərli maddələri təmizləyən və maye normasını tənzimləyən dializin 2 növü var:

- Peritondializ: bir torba içərisində yerləşən məhlul, xəstənin qarnına yerləşdirilən kateter vasitəsi ilə gündə 4 dəfə 40 dəqiqə olmaq şərti ilə qarın boşluğuna verilir. Xəstənin evdə özünün edə biləcəyi bu metodla qandakı zəhərli maddələr və artıq maye qarın pərdəsi vasitəsi ilə uzaqlaşdırılır.

- Hemodializ: böyrək funksiyalarının bir aparat tərəfindən yerinə yetirildiyi bir metod olub, həftədə 3 dəfə 4 saat həkim nəzarəti altında aparılmalıdır.
ÇOX OXUNANLAR
 Azərbaycanda transplantasiyanın tarixi   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Mürəkkəb əməliyyat, peşəkar komanda və uğurlu nəticə
 ATU professorunun məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc olunub   
Professor Məhəmməd Kərimov Fransada EVF 2026 beynəlxalq konqresində iştirak edib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb
Şuşa RMX-da Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib 
Samux Rayon Mərkəzi Xəstəxanasında BLS təlimi keçirilib
İnfeksion və parazitar xəstəliklər çox vaxt qeyri-spesifik əlamətlərlə başlayır - İnfeksionist Elvira Əliyeva
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Şamaxıda İİV-ə görə müayinələr aparıb