Artıq çəkidən xilas olmaq həkim məsləhəti və proqramla aparılmalıdır
10.09.2021 09:57

Həkim məsləhəti və proqram olmadan arıqlamaq sağlamlıq üçün ciddi təhlükə yaradır. Çəki itirmək birbaşa mədə-bağırsaq sistemi ilə əlaqədar prosesdir. Yanlış pəhriz sistemi həmin orqanlarda ciddi fəsadlar yarada bilər.

 

Aztibb.az xəbər verir ki, həkim-diyetoloq Ləman Süleymanova deyib: “Bəzən kortəbii şəkildə pəhriz saxlayaraq arıqladığını düşünənlər var. Bu zaman onlar saatlarla ac qalmaqla və yaxud quru qidalar qəbul etməklə artıq çəkidən azad olduqlarını düşünürlər. Bu, tam yanlışdır. Düzgün qidalanmamaq və quru yeməklərə üstünlük verilməsi nəticəsində mədədə bir çox xəstəliklər baş verir. Mədədə yara, erroziyalar, mədənin qoruyucu mexanizminin pozulması nəticəsində mədənin selikli qişası zədələnir və bu zaman mədədə müxtəlif iltihabi xəstəliklər baş qaldırır”.

 

Gün ərzində bədəni ac saxlamaq, yalnız meyvələrlə qidalanmaq düzgün deyil. Metobolizmin pozulmaması üçün həkimlər diqqətli olmağa çağırır. Həkim-diyetoloq deyib: “Aktivliyin çox olması, çoxlu fiziki hərəkətlər etmək, günün işıqlı vaxtında gəzintiyə çıxmaq, təmiz havada vaxt keçirmək arıqlamağa kömək edir. Qidalanma rejimi normal olanda, səhər, günorta və axşam qəbul edilən kalorilərə fikir vermək lazımdır. Həkimin təyin etdiyi pəhrizə düzgün əməl ediləndə çəki itirilməsi normal olur və heç bir fəsad yaranmır”.

 

Yaş və çəki dərəcəsindən asılı olmayaraq sağlam qidalanmağa üstünlük verilməlidir. Bu, düzgün şəkildə arıqlayıb daim formada qalmağa birbaşa təsir edəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev