“Sağlamlığın qorunması, sağlam həyat tərzi” mövzusunda maarifləndirici təlim keçirilib
09.09.2021 15:44

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayevin təqdimatında məktəblilər üçün “Sağlamlığın qorunması, sağlam həyat tərzi” mövzusunda interaktiv təlim keçirilib.

 

Aztibb.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi “Lider olmaq istəyirəm!” yay məktəbinin 3-cü günündə keçirilən təlimdə zərərli vərdişlərin sağlamlığa təhlükəli təsirindən danışılıb.

 

T.Musayev vurğulayıb ki, tütünçəkmə vaxtından əvvəl ölüm, xəstəlik və əlillik hallarının əsas səbəbidir: “Hər il 8 milyondan çox insan tütünçəkmənin zərərli təsiri nəticəsində yaranan xəstəliklərdən həyatını itirir, onlardan 1 milyonu ətrafa yayılan ikincili tütün tüstüsü ilə nəfəs alan tütün çəkməyən insandır”.

 

Tütün məmulatlarının, narkotik maddələrin, spirtli içkilərin güclü asılılıq yaratdığını nəzərə çatdıran T.Musayev bildirib ki, ən doğru yol zərərli vərdişlərdən uzaq olmaq və sağlam həyat tərzinə üstünlük verməkdir.

 

İnteraktiv şəkildə keçən təlim zamanı şagirdlərə, həmçinin gigiyena qaydalarına riayət etməyin zəruriliyi izah olunub, sağlamlığın qorunması istiqamətində vacib tövsiyələr verilib və İSİM tərəfindən hazırlanaraq çap olunan maarifləndirici materiallar təqdim edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev