Saymaqla bitməyən faydaları olan - ZOĞAL
21.04.2021 12:18

Zoğal qədim zamanlardan bir çox xəstəliklər zamanı müalicəvi vasitə kimi istifadə olunur. Həmçinin bu giləmeyvə çox gözəl profilaktik vasitədir.

 

Aztibb.az tibbi mənbələrə istinadla zoğalın faydalarını təqdim edir.

 

1. C vitamini ilə zəngin olan zoğal damarları möhkəmləndirir, onların elastikliyini və cavanlığını qoruyur.

 

Bundan əlavə zoğal digər damarlar üçün olduqca faydalı olan rutin maddəsi ilə zəngindir. Rutin damarları və kapilyarları möhkəmləndirir, onların elastikliyini artırır, iltihabı və ödemi azaldır. Bu səbəbdən damar xəstəliklərindən əziyyət çəkən insanlar bu giləmeyvəni qidalanmasına tez-tez daxil etməlidir.

 

2. Pektinlərlə zəngin olduğundan zoğal bağırsaqları müxtəlif ziyanlı maddələrdən təmizləyir.

 

Zoğal ən tanınmış ishal əleyhinə təbii vasitədir. Zoğal kompotu, zoğal meyvəsinin dəmləməsi ishal zamanı çox yaxşı kömək edir. Belə dəmləməni hazırlamaq üçün 1 xörək qaşığı quru və ya 2 xörək qaşığı təzə zoğal 1 stəkan qaynar suda 1 saat ərzində dəmlənilir (termosda dəmləmək daha yaxşıdır) və gündə 3 dəfə yeməkdən əvvəl içilir. Bu məqsədlə zoğal mürəbbəsini də istifadə etmək olar (1 xörək qaşığı zoğal mürəbbəsi + 1 stəkan qaynar su).

 

Uşaqlara ishal zamanı zoğal kiseli vermək çox yaxşıdır - bağırsaqlar həm təmizlənir, həm də yığılır.

 

3. Zoğal arterial təzyiqi normallaşdırır, "pis" xolesterinin səviyyəsini aşağı salır, qanın tərkibini yaxşılaşdırır, sklerozun qarşısını almağa kömək edir.

 

4. Zoğal qanda şəkərin səviyyəsini aşağı salır və bu səbəbdən şəkərli diabet zamanı xeyirlidir. Həmçinin zoğal mədəaltı vəzinin fəaliyyətini yaxşılaşdırır.

 

5. Zoğal güclü iltihab, bakteriya və virus əleyhinə təsirə malikdir. Zoğal dəmləməsi soyuqdəymə və kəskin respirator infeksiyaları zamanı çox yaxşı müalicəvi təsir edir, hərarəti salır, immun sistemini möhkəmləndirir.

 

6. Sidik kisəsi və sidik yolları iltihabları zamanı zoğal və onun yarpaqları sidikqovucu və iltihabəleyhinə vasitə kimi istifadə olunur.

 

7. Zoğal podaqra və artritdən əziyyət çəkən insanlar üçün xeyirlidir.

ÇOX OXUNANLAR
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
 Azərbaycanda transplantasiyanın tarixi   
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
Mürəkkəb əməliyyat, peşəkar komanda və uğurlu nəticə
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb
Professor Məhəmməd Kərimov Fransada EVF 2026 beynəlxalq konqresində iştirak edib