Tanınmış reabilitoloq: "Düzgün reabilitasiya alan pasiyentlərin çoxunda yırtığın ölçüləri azala bilər"
08.09.2021 14:20

Bel yırtıqlarının müalicəsində sinir sıxılmasının dərəcəsi və onunla bağlı nevroloji simptomlar bizim üçün önəmlidir. Bəzi pasiyentlərdə yırtıq ölçüsü nisbətən balaca olur, amma yerləşməsi və sinir sıxılması güclü olur.

 

Aztibb.az xəbər verir ki, tanınmış reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat Pərvin Əkbərov bu barədə məlumat paylaşıb.

 

Həkim qeyd edib ki, əlavə olaraq, sinir keçən onurğa beyin kanalı dar ola bilər ki, bu zaman simptomlar daha şiddətli olur. Eyni zamanda, nisbətən böyük yırtığı olan pasiyent bəzən az şikayətlərlə müraciət edir. Nəhayət, ağrı duyğusu da fərdi və dəyişən bir hissiyyatdır:

 

"Yırtıqların ölçülərinin azalması ilə bağlı sual tez-tez verilən suallardan biridir. Bizim öz təcrübəmizdən və dünyada aparılan müşahidələr əsasında qeyd etmək olur ki, düzgün müalicə və reabilitasiya alan pasiyentlərin çoxunda yırtığın ölçüləri azala bilər. Adətən, ağrıların kəskin dövründə müalicənin məqsədi sinir sıxılması, iltihablaşma və s. şikayətlərin aradan gotürülməsi və ya azalmasıdır. Zaman keçdikcə yırtığın ölçüləri azala bilər, bu da adətən 6-12 aydan tez olmur".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev