Fizioterapiya bədənin bərpa gücünü artırmaqda mühüm əhəmiyyətə malikdir - Fizioterapevtlə MÜSAHİBƏ
08.09.2021 11:00
Mərkəzi Gömrük Hospitalının fizioterapevti Səidə Kərimova 8 sentyabr – Dünya Fizioterapiya Günü çərçivəsində “Həkimlə görüş” rubrikasında iştirak edib. S.Kərimova AZƏRTAC-ın suallarını cavablandırıb.
Aztibb.az müsahibəni təqdim edir:
Son zamanlar onurğa problemlərindən əziyyət çəkən insanların sayı artıb. Belə xəstəliklərin artması nə ilə əlaqədardır?
Bəli, son zamanlar onurğada protruziyalar, yırtıqlar, miyofasial ağrı sindromları, uşaqlarda skolioz, kifoz və müxtəlif qamət problemləri ilə bağlı müraciətlər artıb. Səbəblər isə daha çox insanların həyat tərzi və gündəlik vərdişlərlə bağlıdır. Müasir dövrdə texnoloji tərəqqi zamanında insanlar oturaq rejimdə, hipodinamik şəraitdə, müxtəlif qadjetlərin istifadəsi ilə çox vaxt keçirirlər. Orta statistik insan (20 yaşdan yuxarı) gündə təxminən 9 saat oturaq vəziyyətdə, qapalı məkanlarda olur.
İnsan onurğası mürəkkəb bir strukturdur. Onurğa həm fiziki təsirə məruz qalır, həm də müxtəlif istiqamətlərdə hərəkəti təmin edir. Buna görə də onurğa strukturlarının stabil olması çox vacibdir. Oturanda onurğanın bel hissəsinə düşən yük 11 dəfə artır. Artıq çəki varsa, yüklənmə daha çox olur. Belə vəziyyət davamlı olursa, təbii ki, nəticədə müxtəlif problemlər ortaya çıxır. Əzələlər zəifləyir, onurğa strukturları stabilliyini itirir, protruziyalar və yırtıqların yaranmasına daha meylli olur.
Bu xəstəliklərin müalicəsində müasir fizioterapiyanın rolu nədir?
Fizioterapiya vasitəsilə bədənin bərpa gücünü artırmaq, həmçinin prosedurlar nəticəsində yerli təsir əldə etmək olur. Belə ki, dərmansız, əlavə təsir olmadan müalicə effekti almaq olur. Fizioterapiyada yüzlərlə prosedurlar və metodikalar var. Bunlar hər bir pasiyent üçün fərdi olaraq seçilir. Bəzi insanlar fizioterapiyanı “şüa verən” müalicə kimi təsəvvür edirlər. Bu səhv anlayışdır. Fizioterapiyada sağlamlıq üçün təhlükəli ola biləcək şüalar istifadə olunmur. Daha dəqiq desək, fizioterapiya təkcə aparatlarla müalicə deyil. Müalicəvi idman fiziki terapiyanın önəmli hissəsidir. Əzələ zəifliyi, qamət problemləri, skolioz, kifoz zamanı, travma, xəstəlik və əməliyyatdan sonra bərpa kursunda mütləq xüsusi idman proqramı tətbiq olunur.
Daha hansı xəstəliklərin müalicəsində fizioterapiyadan istifadə olunur?
Fizioterapiya əməliyyat tələb edilməyən ortopedik xəstəliklərdə – artrozlarda, oynaq və əzələ xəstəliklərində, travmadan sonra reabilitasiya dövründə, nevroloji reabilitasiya (insultdan sonra) zamanı, tənəffüs yolları, ginekologiya xəstəliklərində, hətta bariatrik cərrahiyyədən sonra da istifadə olunur. Bir sözlə demək olar ki, bütün sahələrdə fizioterapevtik müalicədən istifadə olunur.
Siz hansı tövsiyələri verə bilərdiniz?
Hamı sağlam və aktiv olmaq istəyir. Bədən, əzələ, oynaq, onurğa sağlamlığında gündəlik vərdişlərin, həyat tərzinin böyük rolu var. Hər gün idmanla məşğul olmaq üçün vaxt tapmağa çalışmaq lazımdır. Sadə idman hərəkətləri, gərmələr, boyun və bel üçün hərəkətlər çox faydalıdır. Başlayın və faydasını görəcəksiniz. Sizin üçün faydalı idman hərəkətlərini Mərkəzi Gömrük Hospitalının internet səhifəsində “Düz qamət – sağlam həyat” rubrikasında yerləşdirmişik. Sağlamlıqla bağlı tövsiyələri rubrikada tapa bilərsiniz.
Bu bölməyə aid digər xəbərlər
Gigiyena qaydalarına əməl olunması məktəb və digər kollektivlərdə infeksiyaların yayılmasının qarşısının alınmasında əhəmiyyətlidir
26.10.2026 | 14:14
Müasir revmatologiya revmatoid artritin kompleks mərhələli müalicəsi üçün effektiv üsullar işləyib hazırlayıb
12.10.2026 | 11:35
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
05.10.2026 | 11:31
Kardioloq: "Ürək üçün vacib olan meyvələr kalsium və kaliumla zəngin olmalıdır"
28.09.2026 | 13:33
90 yaşlı alimlə MÜSAHİBƏ
24.09.2026 | 14:05
Sümük iliyi transplantasiyası bir sıra genetik və onkohematoloji xəstəliklərin müalicəsində tətbiq olunur
21.09.2026 | 12:42
Səhiyyə idarəçiliyində verilən qərarlar mümkün qədər məlumatlara, araşdırmalara və sübuta əsaslanmalıdır - MÜSAHİBƏ
17.09.2026 | 10:30
Səhiyyə menecmenti sahəsini seçməkdə məqsədimiz idarəetmə ekosistemini gücləndirməkdir
16.09.2026 | 17:27
Yeniyetmələrdə hormonal və cinsi inkişaf mərhələlər üzrə izlənir və qiymətləndirilir
14.09.2026 | 12:01
İİV-lə bağlı stiqma xəstələrdə diaqnostika və müalicə proseslərinə əhəmiyyətli təsir göstərir - Müsahibə
11.09.2026 | 14:52
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
24.10.2026 | 19:16
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
26.10.2026 | 11:19
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib
20.10.2026 | 12:33
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02

