COVID-19 əleyhinə peyvənd sonsuzluq yaradır? - Uzman həkim AÇIQLADI
07.09.2021 18:13

COVID-19 və yaxud bu virus əleyhinə istifadə olunan peyvənd kişilərdə sonsuzluğa, yaxud cinsi zəifliyə səbəb ola bilərmi?

 

Koronavirus keçirən gənc oğlanlarda virusun cinsiyyət orqanına zərər verməsi ilə bağlı araşdırmalar aparılıb. Məlum olub ki, yaşlı kişilərə nisbətən, gənc oğlanlarda belə hallara daha çox rast gəlinir. 

 

Aztibb.az xəbər verir ki, uzman uroloq Elnur Allahverdiyev son zamanlar insanları çox təşvişə salan bir məsələ - COVID-19 peyvəndinin sonsuzluq yaratma və cinsi performansa təsirləri ilə bağlı verdiyi məlumatda belə deyib. Həkim bildirib ki, xüsusilə gənc oğlanlar koronavirus xəstəliyinə tutulubsa, üstəlik xayalarla bağlı şikayətləri varsa, diqqətli olmaları vacibdir. 

 

Virusdan qorunmağın ən effektiv yolunun peyvənd olunmaqdan ibarət olduğunu deyən həkim, uroloji bir araşdırmanın nəticələrindən bəhs edib. Qeyd edib ki, 45 kişinin iştirak etdiyi tədqiqat zamanı əvvəlcə hər birinin sperma göstəricilərinə baxılıb. Sonra bu kişilərə 2 doza vaksin vurulub. 2-ci doza vaksindən sonra onlarda təkrar sperma analizinə baxılıb. Məlum olub ki, peyvəndlərdən sonra sperma parametrlərində heç bir dəyişiklik olmayıb.

 

Həkim, həmçinin COVID-19 peyvəndinin kişilərdə cinsi performansa təsirindən danışıb. Bildirib ki, digər bir tədqiqatın nəticələrinə görə, peyvənd heç bir halda kişilərdə cinsi zəiflik yaratmır. Əksinə, peyvənd olunmuş kişilər psixososioloji cəhətdən özlərini daha rahat və güvəndə hiss etdikləri üçün onların cinsi performanslarında müsbət irəliləyiş ola bilər. 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev