Depressiya və streslə mübarizə aparmağa kömək edən - ŞAMAMA
07.09.2021 11:48

Şamama ümumi görünüşü ilə yemişə bənzəyən birillik ot bitkisidir. Meyvəsi portağal boydadır, yetişmiş meyvələr üçün sarı-narıncı zolaqlar xarakterikdir.

 

Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrində xüsusilə sevilir.

 

Amerikalı bağban Emi Qoldmanın yazdığına görə, şamama ən azı min ildir ki, məlumdur. Böyük Britaniya kraliçası Annanın cib qovunu kimi tanınan şamama ABŞ-ın bostanlarında alaqotu kimi böyüyüb. Onun Şimali Amerikaya aparılması fransızlarla əlaqələndirilir.

 

Ərəb dilindən adının tərcüməsi xoş, gözəl qoxu mənası verən şamamanın ləti şirin deyil, lakin təbiət ona inanılmaz ətir bəxş edib. Onun yetişmiş meyvəsi təbii və zərərsiz təravətləndirici olaraq otağı 10 gün müddətində, yəni meyvə yumşalmağa başlayanadək xoş ətir ilə doldura bilər.

 

Şamamanın meyvələrini dəbdəbəli paltarlarının cibində ətirli top kimi saxlayan Viktoriya dövrünün xanımları da onun ətirli xüsusiyyətləri barədə məlumatlı idilər. Həmin dövrdə cib və çantada gəzdirilən şamamadan bədən qoxusunu gizlətmək üçün bir ətir kimi istifadə olunurdu. Keçmişdə şamama evin bir sıra yerlərindən asılır, gəlin cehizinə əlavə edilər, paltar arasına və əsgərliyə gedənlərin boğçasına qoyularmış. Tibbdə şamama iyləmənin beyin üçün çox faydalı olduğu qeyd edilir.

 

Müasir dövrdə də şamama ətrinin xoş əhval-ruhiyyə yaratdığı, depressiya və streslə mübarizə aparmağa kömək etdiyi, əsəb gərginliyini aradan qaldırdığı məlumdur. Lakin bütün yaxşı şeylər kimi, şamamanın istifadəsi də odekolon, daha sonra ətirlərin yaranması ilə unuduldu. Halbuki onun ətri təbiidir və sağlamlıq üçün daha faydalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev