Yaşıl çay orqanizm üçün qara çaydan daha faydalıdır
27.08.2020 22:13

Sağlamlıq üçün ən vacib şərtlərdən biri də maye qəbuludur, fərqi yoxdur - istər su, istər çay, istərsə də kofe olsun. Çayın müxtəlif növləri var. Ən çox içilən isə qara və yaşıl çaydır.

 

Bu barədə AZƏRTAC-a məlumat verən Azərbaycan Tibb Universitetinin həkim-dietoloqu Leyla Zülfüqarlı deyib: “Qara çayın tərkibində kofein və antioksidantlar olduğundan gün ərzində onun 2 stəkandan artıq içilməsi məsləhət görülmür. Günün birinci yarısı qəbul edilməsi daha yaxşıdır. Əgər artıq çəki və mədə-bağırsaq traktında problemlər varsa, qara çaydan az, sudan çox istifadə etməyə çalışmaq lazımdır. Qara çay dəmirin orqanizmə sorulma prosesini ləngidir. Anemiyası olanlar qara çay içməkdən çəkinməlidirlər, onun ət yeməklərindən sonra da qəbul edilməsi məsləhət deyil. Çayın qənd, konfet, mürəbbə və digər şirniyyat növləri sağlamlıq üçün zərərlidir”.

Dietoloq qara çayın bədəndəki mayeni qovduğunu və buna görə də yarım saat sonra balansı qorumaq üçün mütləq su içilməsinin vacibliyini də qeyd edib. Onun dediyinə görə, qara çaya daha çox üstünlük verilsə də, yaşıl çay onunla müqayisədə orqanizm üçün daha faydalıdır: “Yaşıl çayın tərkibində antioksidant maddələr bədəni təmizləyir, mədə-bağırsaq traktının fəaliyyətini gücləndirir, sorulma prosesini artırır. Gün ərzində 3 fincandan artıq yaşıl çay içmək məsləhət görülmür”.

 

Təzyiqi aşağı olanların yaşıl çay, təzyiqi yuxarı olanların qara çay içməsi məsləhət deyil.

 

Yaşıl çayın daha bir üstünlüyü isə qara çayın tərkibindəki kofein və taminə malik olmamasıdır. Hansı növün içilməsi isə əslində elə də vacib deyil. Əsas odur ki, orqanizmə zərər vurmasın və normada qəbul edilsin. Daha yaxşı olar ki, çobanyastığı, melisa və digər bitki çaylarının qəbuluna üstünlük verilsin.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub