Uşaqlarda anadangəlmə uroloji qüsurlar təkrarlanan sidik yolları infeksiyalarının əsas səbəbidir - Uzman həkim
07.09.2021 09:56
Xüsusilə qızdırmalı sidik yolları infeksiyalarından sonra böyrək parenximasının zədələnmə ehtimalı daha yüksəkdir (5-20%). Uşaqların sidik toplayıcı və sidik çıxarıcı sistemlərində bakteriyalar, viruslar, göbələk və parazitlər infeksiya törədirlər.
Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin uzman uşaq cərrahı Vüsal Cəfərov “Uşaqlarda anadangəlmə uroloji qüsurlar” mövzusunda ətraflı məlumat verib. Uşaqlarda sidik yolları infeksiyaları ilə bağlı aparılan araşdırmalar göstərdi ki, 6 yaşa qədər qız uşaqlarının 7.8%- də, oğlan uşaqlarının isə 1.8% - də ən az 1 dəfə sidik yolları infeksiyası aşkarlanır.
Uzman həkimin sözlərinə görə, bakterial infeksiylara daha çox rast gəlinir və bakterial infeksiyaların digər infeksiyalardan fərqi böyrəyə daha çox zərər verməsi və böyrəyin fəaliyyətini kəskin şəkildə aşağı salmasıdır. Bakterial mənşəli sidik yolları infeksiyalarının 80% səbəbi E.Coli adlı bağırsaqda yaşayan bakteriyadır.
Bundan başqa Pseudomonas, Klepsiella, Proteus və s. kimi bateriyalar da sidik yolları infeksiyalarına səbəb olurlar. Bu bakteriyalar normal şəraitdə bağırsaq florasında yaşayırlar və hər bir uşağın sidik yollarına dəfələrcə bu bakterialar bol miqdarda keçib və sidik vasitəsi ilə xaric olurlar. Nəticədə infeksiya baş vermir. Əgər sidik yollarında anadangəlmə hər hansı bir anatomik uroloji qüsur olarsa, o zaman sidik yolları infeksiyası qaçınılmaz olur.
Uşaqlarda sidik yolları infeksiyalarının 80%-i anatomik uroloji qüsurların payına düşür. Bu anatomik qüsurlara: anterior Uretral Valv, Posterior Uretral Valv, (sidik kanalında olmaması gərəkən anadangəlmə membranlar), Sirinqosele, Double Uretra, Sidik kisəsinin divertikulu, Ureterosele, Vezikoureteral Reflyuks xəstəliyi, sidik axarlarının anadangəlmə inkişaf qüsurları – ikiləşməsi və darlıqları kimi mürəkkəb uroloji qüsurlar daxildir.
Əgər uşaqlarda 1 dəfə qızdırmasız sidik yolları infeksiyası baş verərsə və Ultrasəs müayinəsində böyrək genişlənməsi yoxdursa sadəcə təqib edilməlidir. İnfeksiya qızdırmasız olub 1 dəfədən artıq təkrar olunarsa və sidiyin əkilməsi ilə təsdiqlənərsə mütləq araşdırılmalıdır. Əgər sidik yolları infeksiyası qızdırma ilə seyr edərsə ilk infeksiya olsa belə araşdırılmalıdır. Araşdırmağa başlamadan öncə ilk növbədə mövcud olan infeksiya uyğun antibiotiklərlə müalicə olunmalıdır.
Sidiyin əkilmə analizi tam normal olduqdan sonra araşdırmağa başlanılmalıdır. Ultrasəs müayinəsi, Sistoqrafiya müayinəsi, Radionuklit müayinə və bəzən KT-Uroqrafiya, MR-Uroqrafiya, Sistoskopiya kimi müayinələr diaqnozu dəqiqləşdirmək və infeksiyaya səbəb olan anatomik uroloji qüsurları müyyənləşdirmək üçün istifadə edilə bilər. Diaqnoz tam dəqiqləşdikdən sonra anatomik qüsurların cərrahi olaraq korreksiya edilməsi planlanmalıdır.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

