Virusla mübarizə aparmaq üçün necə qidalanmalı? - Həkim-diyetoloq
06.09.2021 14:11

Bəzi COVID-19 xəstələri dərmanların təsirsiz olmasından, bəzi ekspertlər xəstələrə yazılan müəyyən dərmanların zərərlərindən danışırlar. Belə olan halda cəmiyyətdə bir sual otaya çıxır: Dərman olmadan bu virusla necə mübarizə aparmaq olar?

 

Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının həkim-diyetoloqu Məlahət Kərimova təbii yollarla immun sistemini möhkəmləndirməyə üstünlük verən belə şəxslərə tövsiyələrini açıqlayıb. O bildirib ki, bu virusla mübarizədə diqqət edilməsi vacib olan nüanslardan biri də düzgün və normal qidalanmaqdır:

 

"Bunun üçün gündəlik qida rasionumuzu meyvə və tərəvəzlə zəngin etməliyik. Vitamin C ilə zəngin olan və antioksidant özəlliyi olan meyvələrə daha çox üstünlük verilməlidir".

 

O virusla mübarizə aparmaq üçün portağal, limon, naringi, kivi, qreyfrut, eyni zamanda da nar və böyürtkənə daha çox üstünlük verməyi tövsiyə edir:

 

"Vitamin C ilə zəngin olan tərəvəzlər - yaşıl bibər də gündəlik qida rasionumuza əlavə edilməlidir. İstər hazırlanan salatların, istərsə də bişirilən xörəklərin tərkibinə bu tərəvəzlər daxil edilməlidir. Bundan başqa, keşniş, şüyüt də mütləq şəkildə gündəlik olaraq qida rasionumuza əlavə edilməlidir. Sadaladığım bu səbzələr də vitamin C və andioksidantla zəngindirlər".

 

Diyetoloq deyir ki, bazardan alınan meyvə-tərəvəzlər təmiz su ilə yuyulmalıdır. Gündəlik olaraq bədən su ilə zənginləşməsinə də diqqət edilməlidir. Gündəlik olaraq su da bol-bol qəbul edilməlidir:

 

"Suyun tərkibinə limon, zəncəfil əlavə etmək olar. Bundan başqa, ənginarı da tövsiyə edərdim. Ənginar qaraciyərimizin yaxın dostudur. O immun sistemini gücləndirir, eyni zamanda da qanı təmizləyir".




ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev