Övladlarının məktəbdə yaxşı oxumağını istəyən valideynlərin DİQQƏTİNƏ!
06.09.2021 14:01

Yaddaşgücləndirici preparatların tibbi effekti sübuta yetirilməyib. Lakin uşaqların yaddaşlarının yaxşı olmasına nail olmaq mümkündür.

 

Aztibb.az xəbər verir ki, bunu həkim-pediatr Günay Rəsulova övladlarının məktəbdə dərslərini yaxşı oxumağını, onların yaddaşlarının güclü olmasını istəyən valideynlərə tövsiyələrini verərəkən belə deyib.  Həkim qeyd edib ki, ilk nöbvbədə məktəbə gedən uşaqların sağlamlıq problemi olmamalıdır:

 

“Uşaqlar məktəb öncəsi lazımi müayinə və analizlərdən keçirilməli, qanı azdırsa, qurdu və ya tiroid problemi varsa, D vitamini əksikdirsə, həmin problemlər aradan qaldırılmalıdır. Çünki bu, uşaqlarda yaddaş zəifliyinə yol aça bilər".

 

G.Rəsulova qeyd edib ki, bundan sonra yaddaşı yaxşılaşdırmağın ən yaxşı yolu isə beyin məşqləridir. Məcbur etmədən, stres yaşatmadan uşaqları kitab oxumağa həvəsləndirmək lazımdır. Çünki stres özü yaddaşsızlığın əsas səbəblərindən biridir. İlk növbədə valideyn özü övladının yanında kitab oxumalıdır. Bu, ən yaxşı təbliğat və yönləndirmədir.

 

“Əsas məsələ uşağı məktəbdən, dərsdən bezdirməmək, onlar dərslərində “uğuruz” olduqda təzyiq göstərməməkdir. Övladlarımızın sağlamlıqlarına diqqət etməli və onları düzgün yönləndirməliyik”, - deyə həkim əlavə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev