BMT-nin Baş katibi: "Bəşəriyyət təbiətlə özünü məhv edəcək müharibə aparır”
06.09.2021 09:43

“Bəşəriyyət təbiətlə mənasız və özünü məhv edəcək müharibə aparır”.

 

Aztibb.az-ın məlumatına görə, bunu BMT Baş katibi Antonio Quterreş “Twitter” səhifəsində yazıb.


BMT Baş katibi bildirib ki, ölkələr üzərlərinə öhdəlik götürməli və təbiəti məhv etməyi dayandırmalıdırlar: “Biz problemləri bilirik və onların həlli üçün vasitələrə malikik. Bizə indi bütün ölkələrin etibarlı öhdəlikləri və həvəsləri lazımdır”.


Qeyd edək ki, iqlimin sürətlə dəyişməsi dünyanı qlobal iqtisadi, humanitar və ərzaq böhranı təhlükəsi ilə üz-üzə qoyur. Alimlərin hesablamalarına əsasən, temperaturun 1,5 dərəcədən çox artması ətraf mühitə əvəzolunmaz zərbə vura bilər. İqlimin dəyişməsinin əsas səbəblərindən biri isə atmosferə atılan karbon qazıdır.

 

Keçən ilin aprel ayında da A.Quterreş planeti xilas etmək üçün əsas vəzifələri açıqlamışdı. BMT Baş katibi bildirmişdi ki, bunun üçün 2030-cu ilədək istixana effekti yaradan qazların atmosferə atılmasını 45 faiz azaltmaq, 2050-ci ildə karbon neytrallığına nail olmaq lazımdır. 2100-cü ilədək isə dünyada temperatur yüksəlişini 1,5 dərəcəyə qədər məhdudlaşdırmaq gərəkdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır