Ürək qüsuru ilə doğulan azyaşlının 5 saat çəkən riskli əməliyyatı uğurla başa çatıb
05.09.2021 17:01
İlayda Məcidli illərdir ki, səhhətindəki problemlə riskli həyat yaşayıb. Ürək qüsuru ilə doğulan bu azyaşlı ürək əməliyyatına hazırlaşsa da, COVID-19 pandemiyası səbəbindən bu, təxirə salınıb.
 
Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a verilən məlumata görə, 2 ilə qədər gecikdirilən cərrahi əməliyyat İlaydanın səhhətində ciddi fəsadlar yaratmışdı. Belə ki, onun saturasiyası 60-a düşmüş, həyatı üçün təhlükə yaranmışdı. Bir otaqdan digərinə yeriyə bilməyən İlaydanın vəziyyəti gündən-günə ağırlaşırdı.
 
İlk gündən İlaydanın səhhətini nəzarətdə saxlayan Mərkəzi Gömrük Hospitalının ürək-damar cərrahı, tibb elmləri doktoru Rəşad Mahmudov təcili əməliyyat edilməsi və əməliyyatın Türkiyədə, Hospitalın sıx əməkdaşlıq etdiyi Florence Nightingale Xəstəxanasında keçirilməsi haqqında qərar verib. İstanbulda 5 saat çəkən bu mürəkkəb əməliyyat nəticəsində balaca İlayda sağlamlığına qovuşub.
 
"COVID-19 pandemiyası dönəmində Azərbaycan və Türkiyə həkimlərinin bir-birinə olan qardaşlıq münasibəti və ortaq əməkdaşlığı sayəsində balaca İlaydanın həyatının xilas edilməsi çətin anlarda türkiyəli həmkarlarımızla bir-birimizə dayaq olduğumuzun bariz nümunəsidir", - deyə R.Mahmudov bildirib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır