Qısa QT sindromu aşkar olunmuş xəstəyə defibrilyator cihazı taxılıb - Kardioloq-aritmoloq
05.09.2021 14:10
"Bir pasiyent 3 il öncə səyrici aritmiya ilə bizə müraciət etmiş və döyüntünün başladığı ilk saatlarda döyüntüsü elektriki kardioversiya ilə normal vəziyyətə döndərilmişdir".
 
Aztibb.az xəbər verir ki, bu barədə kardioloq-aritmoloq Günay Rəhimova məlumat verib.
 
O, bildirib ki, xəstənin sinusunda isə qısa QT sindromu aşkar olunmuşdur. Xəstəyə arrest yaşayarsa, bir daha sürətli döyüntüsü və ya bayılma olarsa, defibrilyator taxılması tövsiyyə edilmişdir:
 
"Bir müddət sonra pasiyentdə bir daha sürətli səyrici aritmiya halı yaşanmış, xəstəxanaya müraciət etmişdir. Xəstədə səyrici aritmiya sonrası mədəcik fibrilyasiyası müşahidə edilmiş və xəstə intubə edilmişdir. Bundan sonra artıq cihazın taxılması tövsiyə edilmiş və taxılmışdır".
 
G.Rəhimova onu da əlavə edib ki, 2000-ci illərdə meydana çıxmış qısa QT yeni xəstəlikdir və infant ölümlərin əksəriyyətinin səbəbi olaraq göstərilir. Son dərəcə qısa atrial və ventrikulyar effektiv refrakter periodla müşahidə edlir. Repolyarizasiyada isə bütün ürəyin təbəqələrində fərqli sürət olur. Bu da təhlükəli aritmiyalara zəmin yaradır. Qısa QT sindromlu xəstələr Azərbaycanda azlıq təşkil edir. Məlumata görə, ölkəmizdə bu problemlə həkimə müraciət edən 4 ya 5 xəstə var. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır