Qırmızı qurd eşənəyinin müalicəsi üçün - RESEPTLƏR
05.09.2021 14:11
Sistemli qırmızı qurd eşənəyi autoimmun sistem xəstəliyi olub, insan bədənində immun sistemin normadan dəfələrlə çox yüksəlməsi ilə müşahidə olunur. Normadan çox yüksəlmiş immun sistem insan orqanizmində bəzi toxumaların dağılması ilə müşahidə olunur. Belə ki, insan toxuması killer hüceyrələrin qurbanlarına çevrilir.
 
Aztibb.az xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov bu barədə məlumat paylaşıb.
 
Həkimin sözlərinə görə, xəstəliyin gedişatı əsasən dəridə qırmızı ləkələrin əmələ gəlməsi, böyrəklərdə patologiyalar (qlomerulonefrit), qanda laxtalanmanın yüksəlməsi, anemiya, ürəkdə perikardit (pərdənin iltihabı), uşaq salmalar (qanda laxtalanma hesabına) kimi əlamətlərlə özünü göstərir. Xəstəliyin gedişatına müsbət və mənfi mənada təkanlar ola bilər. Məsələn, kimyəvi dərmanların nizamsız qəbulu xəstəliyin gedişatını ağırlaşdıra bilir. Hüceyrələrin dağılmasının qarşısını alan və hüceyrə bərpasını sürətləndirən sistemlərə əsaslanaraq müalicə sistemi qurulmalıdır.
 
Reseptlər
 
1. Zəyərək yağı 500 ml – Gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı içməli. (Əgər çox ishal versə, yarım çay qaşığı etmək olar)
 
2. Çobanyastığı 500 qram – 2 orta xörək qaşığı çobanyastığını 3 stəkan suda dəmləyib gündə 3 dəfə yeməkdən 50 dəq əvvəl 1 stəkan içmək lazımdır.
 
3. Güldəfnə 400 qram, sarıkök 400 qram - Bitkiləri toz formasında bir-birinə qarışdırıb gündə 3 dəfə yeməkdən 40 dəqiqə əvvəl 1 çay qaşığı 1 stəkan qaynar suya qarışdırıb ilıq olana qədər gözləməli, sonra süzüb azca bal ilə şirinləşdirib içməli. (sitostatik təsir, yəni hüceyrəyeniləyici)
 
4. Alma sirkəsi 3 litr, bal 1 kq - 3 stəkan suya 2 orta xörək qaşığı alma sirkəsi, 1 çay qaşığı bal qarışdırıb gün ərzində su kimi içməli. (laxtalanmanın qarşısını almaq üçün)
 
5. Arı sancması müalicəsi. Müalicədən əvvəl allergiyanın qarşısını alan preparatlarla təmin olunmalısınız. Məsələn, prednizolon, dimedrol iynə və s. Əgər arı sancmasından sonra allergik əlamətlər olsa, təcili tədbir görmək lazımdır. Arı sancması müalicəsi: 10 gün gündə 1, sonrakı 10 gündə 2, növbəti 10 gündə 4 və daha sonrakı 10 gündə isə gündə 5 ədəd arı sancması müalicəsi almalısınız. Arılar akupunktur nöqtələrinə qoyulmalıdır. Nöqtələrin dəqiq yerini müəyyənləşdirmək lazmdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev