Çaytikanı yağı xərçəng xəstəliyi zamanı qəbul edilən şüanın mənfi təsirlərindən qoruyur
04.09.2021 17:07

Çaytikanı bitkisindən insanlar əsrlər boyu müalicə məqsədilə istifadə ediblər. Onun həm daxilə qəbulu mükmündür, həm də dəri və saçlara faydası böyükdür. Çaytikanı yara sağaltmaq, hüceyrələri yeniləndirmək qabiliyyətinə malikdir. Onun yağı mədə yarasını sağaldır, dəridə olan yanıqların sağalmasını sürətləndirir.

 

Çaytikanı meyvəsinin şirəsi mədə-bağırsaq ağrılarında, ateresklerozda, angina xəstəliklərində ağrıkəsici təsirə malikdir. Çaytikanı yağının tərkibində çoxlu bioloji aktiv maddələr - tokoferol, təbii turşular, fosfolipidlər, fitosterollar, vitaminlər, faydalı minerallar və amin turşular var. Bundan başqa, çaytikanının tərkibi yağ turşuları, A, E, C vitaminləri ilə zəngindir.

 

Aztibb.az xəbər verir ki, çaytikanı yağı bir çox xəstəliklərin müalicəsində istifadə edilir:

 

- frunkulların, sızanaqların müalicəsi;
- mədə-bağırsaq yaralarının müalicəsi;
- dəridə çatlar;
- dəridəki iltihabi proseslər;
- zülal mübadiləsi;
- qara ciyərin piylənməsi.

 

Çaytikanı yağı orqanizmdən ağır metal duzlarını xaric edir, zərərverici mikrobları öldürür, qaraciyərin fəaliyyətini yaxşılaşdırır. Xərçəng xəstəliyinin müalicəsində istifadə olunan şüa terapiyasından sonra 2-3 həftə gündə bir-neçə qaşıq çaytikanı yağı qəbul etmək şüanın mənfi təsirlərinin orqanizmdən xaric olunmasına yardımçı olur.

 

Çaytikanı yağı kosmetalogiya sahəsində də ən çox istifadə olunan yağlardan biridir. Onu saçlara sürtdükdə canlandırır, parlaqlıq verir, başın dərisinə sürtdükdə isə dəridə olan göbələk xəstəliyini aradan qaldırır. Çaytikanı yağı kəpək əleyhinə ən effektiv dərman vasitəsidir. O, saçları uzadır, saç dibini möhkəmləndirir, dəridəki qıcıqlanmanı aradan qaldırır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev