Həkim-cərrah: Fiziki məşq, sağlam qidalanma və normal çəki xərçəng riskini azaldır
04.09.2021 11:53

Dünyada hər il 9,6 milyon nəfər xərçəng xəstəliyindən həyatını itirir. Xərçəngin erkən aşkarlanması və vaxtında müalicəsi nəticəsində hər il 3,7 milyon xəstənin həyatını xilas etmək olar. Müasir dövrdə xərçəng xəstəliyi haqqında məlumatlar əvvəlkindən daha çoxdur. Daha çox məlumatlılıq nəticəsində risk faktorlarını azalda və düzgün müalicə üsulu ilə xəstələri sağaltmaq mümkündür. Elmi araşdırmalara əsasən, xərçəngin qarşısını hətta xəstəlik meydana gəlməzdən əvvəl də almaq olar.

 

Aztibb.az xəbər verir ki, bu barədə ümumi cərrah Rəşad Əkbərli məlumat verib.

 

Həkim-cərrah bildirib: “Xərçəng xəstəliyindən ehtiyat etməkdənsə, gündəlik həyatda onu əmələ gətirən riskləri azaltmaq lazımdır. Məsələn, siqaret çəkmək, piylənmə, fiziki hərəkətsizlik, infeksiyalar, spirtli içki, ətraf mühitin çirklənməsi, bəzi qidalar və radiasiya xərçəng yaradan başlıca səbəblərdəndir. Hər il siqaret istifadəçilərinin 6 milyonu xərçəngə tutulmaq nəticəsində həyatını itirir. Tütünün tərkibində 7 mindən çox kimyəvi, 25 -dən çox zərərli maddə var”.

 

R.Əkbərli, həmçinin xərçəngi əmələ gətirən bır sıra səbəblər barədə də danışıb: “Ağciyər, yemək borusu, qırtlaq, ağız boşluğu, böyrək, mədəaltı vəzi, mədə və uşaqlıq boynu xərçəngi tütün istifadəçiləri arasında daha geniş yayılıb. Xərçəngin piylənmə nəticəsində yaranan növlərinə isə qida borusu, yoğun bağırsaq, süd vəzi, uşaqlıq boynu və böyrək xərçəngləri daxildir. Alkoqoldan mütəmadi istifadə ağız boşluğu, qida və nəfəs borusu, qaraciyər, yoğun bağırsaq və süd vəzi xərçənglərini yaranmasına səbəb olur. Helikobakter pilori, HPV, Hepatit B və C, EBV infeksiyalarına yoluxduqdan sonra yaranan xərçəng halları təxminən 15 faizdir. Radiasiyanın səbəb olduğu xərçəng növləri isə qan xərçəngi və bərk şişlərdir. Xüsusilə ultrabənövşəyi şüalanma dəri xərçəngi riskini artırır. Nəzərə almaq lazımdır ki, fiziki məşq, sağlam qidalanma və normal çəki xərçəng riskini azaldır. Xərçənglə mübarizədə xəstəliyin profilaktikası və erkən diaqnostikası vacib faktorlardır”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev