Həkim reportajı: Hamiləlikdə ən çox rast gəlinən patologiyalar və onların səbəbləri
03.09.2021 17:17

Hamiləliklərin gedişatı bəzən müxtəlif patoloji vəziyyətlərlə ağırlaşa bilər. Bunlar da ananın və dölün həyatını təhlükə altına qoyur.

 

Hamiləlikdə rast gəlinən əsas ağırlaşmalar ananın və dölün qan azlıqları, dölün inkişaf ləngimələridir. İkinci hal çox vaxt hamiləlik gistoslarının (əvvəllər toksikoz adlandırılan durum) ağırlaşmasının nəticəsində yaranır.

 

Hamiləliyin ikinci yarısının gistoslarından biri də dölün inkişaf ləngimələridir. Bundan əlavə, hamiləik zamanı erkən özbaşına düşüklər, çiftin müxtəlif patoloji vəziyyətləri, yenidoğulmuşların hemolitik xəstəlikləri də çox yayılmış ağırlaşmalardandır.

 

Mamalıq praktikasının və hamiləliyin aparılmasının əsas amillərindən biri  riskli hamiləliklərin və perenatal patologiyaların düzgün qiymətləndirilməsidir. Bu zaman hamiləliyi ağırlaşdıra biləcək bütün faktorlar, həmçinin gələcək uşağın valideynlərinin sağlamlığı nəzərə alınmalıdır.

 

Hamiləliyin gedişatını ağırlaşdıra biləcək faktorlar bir neçə qrupa bölünür. Birincisi sosial-bioloji faktorlardır. Bura 30-dan yuxarı yaş qrupuna daxil olan ana, və 40-dan yuxarı yaşı olan atalar, valideynlərin zərərli vərdişləri, zərərli işi olanları daxil edirik.

 

İkinci qrupa mamalıq və ginekoloji faktorları aid edirik. Bu risk qrupuna çoxsaylı doğuş keçirmiş xanımlar, abort etdirənlər, vaxtından əvvəl doğuş keçirən, hamiləliyi ölü doğuşla sonlandırılan qadınlar və digərləri aiddir.

 

Üçüncü qrupa isə hamiləlik dövründə ekstrogental xəstəliklər keçirən hamilə qadınlar daxildir. Yəni, ananın daxili orqanlarında olan problemlər - xroniki və kəskin infeksiyalar, hamiləlik dövründə qanaxmalar, mənfi rezus qan qrupu olanlar nəzərə alınır.

 

Növbəti qrupa isə sırf dölün müxtəlif xəstələikləri aid olunur. Bu zaman ən çox dölün gipoksiyaları (dölün oksigen çatmazlığından əziyyət çəkməsi), gipotrofiya (azçəkili döl), paratrofiyalar (dölün çəkisinin artıq olması) daha çox rast gəlinir.

 

Bütün bu hallarda hamiləlik stasionar şəraitdə aparılmalıdır. Bəzən patoloji hamiləliklər zamanı həkimlər hamiləliyi erkən sonlandırmaq məcburiyyətində qalır. Prenatal dövrdə, yəni hamiləliyin 28-ci həftəsindən sonrakı dövrdə ehtiyac olarsa hamiləlik vaxtından əvvəl başa çatdırılır.

 

mama-ginekoloq Kəmalə Əliyeva

Aztibb.az

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib