Həkim-terapevt hansı xəstəlikləri müalicə edir?
03.09.2021 17:20
Əgər səhhətinizdə hər hansı problem əmələ gəlibsə, ilk növbədə həkim-terapevtə müraciət edilir. Belə ki, terapevtin qəbulu bir çox məsələni aydınlaşdırmağa kömək edir.
Həkim-terapevt öz ixtisası üzrə olan xəstəlikləri müalicə edir, eyni zamanda, müalicə zamanı effektli nəticə əldə etmək üçün xəstədən müxtəlif ixtisaslı həkimlərin laborator və instrumental müayinələrindən keçməsini tələb edir.
 
Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Klinikanın Gəncə Xəstəxanasından məlumat verilib.
 
Bildirilib ki, terapevt xəstəni müxtəlif ixtisaslı mütəxəssislərin müayinəsinə göndərsə də, bütün rəyləri nəzərə alaraq, nəticədə müalicə üsulunu özü müəyyənləşdirir.
 
Terapiya müxtəlif sahələrə bölünür:
 
Ürək-damar xəstəlikləri (revmatizm, hipertoniya xəstəliyi, aritmiyalar, ürək çatışmazlığı və s.),
Tənəffüs orqanları xəstəlikləri (qrip, traxeit, bronxit, pnevmoniya, bronxial astma, ağ ciyərlərin xroniki obstruktiv xəstəlikləri və s.)
Mədə-bağırsaq sistemi xəstəlikləri (qastrit, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, kolit və s.)
Revmatik xəstəliklər (birləşdirici toxumanın sistem xəstəlikləri, artroz, artrit və s.)
İfrazat sistemi xəstəlikləri (qlomerulonefrit, börəklərin digər autoimmun patologiyalar nəticəsində zədələnmələri və s.)
Endokrinoloji xəstəliklər (şəkərli diabet, tireoid xəstəlikləri) və s.
 
Qeyd edək ki, pasient xəstə olmasa belə terapevtin qəbuluna gələrsə profilaktik olaraq müayinədən keçə bilər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır