Həkim-endokrinoloq: "Hər gün uşaqlar 30, böyüklər isə 50 qrama qədər hematogen qəbul edə bilərlər"  
03.09.2021 13:07

Ürək döyüntüsünün artması, halsızlıq, daim yatmaq istəyi və başgicəllənmən qan azlığının əlamətləri hesab olunur. Həmin narahatlığı aradan qaldırmaq üçün müxtəlif qida, preparat və qida əlavələrindən istifadə edilir. Hemotogen şokoladı qan artıran tərkibə malik qida əlavəsidir, əsas komponenti qara albumindir. Bu zülal qanın xüsusi şərtlərlə çoxqatlı təmizlənməsindən alınır və dəmirlə zəngindir. Preparat hazırlandığı toza tünd rəng verən isə eritrositlərdir.

 

Aztibb.az xəbər verir ki, apteklərdə reseptsiz satılsa da, həkimlər onu müayinəsiz qəbul etməyi məsləhət görmürlər. Dövlət Gömrük Hospitalının həkim-endokrinoloqu Şəbnəm Əlirzayeva AZƏRTAC-a deyib: “Ondan kor-koranə istifadə etmək düzgün deyil. İlk növbədə çalışmaq lazımdır ki, qanın ümumi analizi verilsin, müayinə nəticəsində qan azlığı aşkar olunarsa, hemotogendən qida əlavəsi kimi istifadə etmək olar. Uşaqlar ondan gündə 30 qrama, böyüklər isə 50 qrama qədər qəbul edə bilərlər”.

 

Kolorisi çox olduğuna görə yüksək təzyiq, diabet xəstələri və piylənmədən əziyyət çəkənlər istifadə zamanı xüsusilə diqqətli olmalıdırlar.

 

“Bir-iki ay hemotogen qəbul etdikdən sonra qanın müayinəsi aparılmalı və dəmirin səviyyəsinə uyğun olaraq şokolad qəbul edib-etməməyi müəyyənəşdirmək lazımdır. Onun tərkibində qatılaşdırılmış süd, şəkər və s. əlavə olunduğuna görə bəzi uşaqlarda allergiya verə bilər. Əslində qanın miqdarını təbii qidalarla artırmaq daha yaxşıdır. Qəbul edilən qidaların tərkibində ətin, qaraciyərin, kahı, bibər və digər yaşıl yarpaqlı bitkilərin tərkibində dəmir daha çoxdur”, - deyə həkim-endokrinoloq bildirib.

 

Həkimlər qan artıran həmin qidalardan sonra C vitamini ilə zəngin məhsullar yeməyi məsləhət görürlər. Belə olduğu halda qidaların tərkibindəki dəmiri orqanizm daha asan mənimsəyir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev