Pediatr: "Erkən yaşlardan uşaqların immun sisteminin möhkəmlənməsi üçün tədbirlər görməliyik"
03.09.2021 14:25
Hamımız uşaqlarımızı qorumağa çalışırıq – müxtəlif zədələrdən, yıxılmalardan, əzilmələrdən və ya qarşısı alına bilən infeksiya və xəstəliklərdən. Uşaqlarımızı xəstəliklərdən qorumaq üçün onlara faydalı vərdişlər aşılamalı və erkən yaşlarından immun sisteminin möhkəmlənməsi üçün tədbirlər görməliyik. Bu gün həmin tədbirlərdən danışmaq istərdim.
Aztibb.az xəbər verir ki, “Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının pediatr-neonatoloq-reanimatoloqu Telman Aytayev “Uşaqların immun sistemini möhkəmləndirmək üçün nə etmək lazımdır?” sualını cavablandırarkən belə deyib:
Birincisi, yenidoğulmuşlar üçün ana südünün əhəmiyyətini qeyd edək. Bunun ananın tamamilə şəxsi qərarı olduğuna baxmayaraq, körpələri minimum 6 ay ərzində yalnız ana südü ilə yedizdirən analar əmin ola bilər ki, uşaq sağlam böyüyəcək.
İkincisi, uşaqları erkən yaşdan müntəzəm olaraq əllərini yumağa vərdiş etdirin. Yaddan çıxarmayın ki, infeksiyaların 80%-i təmas vasitəsilə keçir. Körpənizə öskürdükdən və asqırdıqdan sonra əllərini yumağı öyrədin. 20 saniyə ərzində ilıq su və sabunla yuyulan əllərdə bakteriyalar və viruslar məhv olur, ağciyər infeksiyaları ehtimalı 45% aşağı düşür.
Üçüncüsü, vaxtlı-vaxtında peyvəndləri vurdurun. Uşaqların vaksinasiyası qrafikinə riayət edərkən pediatrınızla məsləhətləşin. İmmunizasiya körpə vaxtlarından başlayır və yetkinlik yaşına qədər davam edir. Bu zaman qızılca, epidemik parotit, suçiçəyi, rotavirus və digər infeksiyaların qarşısını almış olarsınız. Hər il mütləq qripə qarşı da peyvənd vurdurmağı unutmayın. Bu, xüsusilə astma və digər xroniki xəstəlikləri olan uşaqlar üçün vacibdir.
Dördüncüsü, uşaqların yuxu rejimi var. İmmunitetin möhkəmlənməsi üçün onlar yatıb yuxularını almalıdırlar. Yuxu rejimi uşaqların yaşına uyğun seçilir: 0-3 aylıq körpələr gündə 14 saatdan 17 saata qədər, 4 aydan 1 yaşa qədər uşaqlar 12-16 saat, 1 yaşdan 2 yaşa qədər uşaqlar 11-14 saat, 3 yaşdan 5 yaşa qədər uşaqlar 10-13 saat, 6-12 yaş arası uşaqlar 9-12 saat, 13-18 yaşlı yeniyetmələr isə 8 saatdan 10 saata qədər yatmalıdırlar.
Yuxusuzluq orqanizmin sitokin adlandırılan zülal hazırlaması qabiliyyətini məhdudlaşdırır. Sitokinlər infeksiya ilə mübarizə aparır və iltihabı azaldırlar.
Beşincisi, uşaqların sağlam qidalanmasına üstünlük verin, bu, uşaqların immun sistemi üçün çox mühümdür. Düzgün seçilmiş qidalar: meyvə, tərəvəz uşaqların kifayət qədər vitamin (əsasən A və E vitaminləri) almasını təmin edir. Emal olunmuş qidaları uşaqların rasionundan çıxarın. Hazırda satılan meyvə şirələrini, qazlı içkiləri, çipsiləri, suxariləri və s. uşaqlarınıza öyrəşdirməyin.
Unutmayın ki, bütün bu qaydalara ciddi riayət etsəniz də, uşağınız hər hansı infeksion xəstəliyə yoluxa bilər. İmmun sistemi möhkəm olan uşaqlar onu ağır keçirməyəcək. Xəstəliyə yoluxmuş uşaqları pediatrın müayinəsinə aparmaq mütləqdir.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

